Krımın müdafiə çətiri sıradan çıxarılır “Qələbənin açarı buradadır”
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verildiyi kimi, Rusiya sentyabrın 25-də üç ədəd hərbi təyyarə itirib. Bu itkilər Ukrayna hərbi qüvvələrinin sistemli zərbələrinin nəticəsidir.
“AzPolitika” xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Ukrayna Krımdakı Rusiya HHM sistemlərini, xüsusilə də radiolokasiya stansiyaları, radarlar və hərbi aviasiya vasitələrini məqsədyönlü şəkildə sıradan çıxarır: “Zaporojye istiqamətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 tipli döyüş təyyarəsi Ukraynanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Krım ərazisində isə iki ədəd An-26 hərbi-nəqliyyat təyyarəsi dron zərbələri ilə sıradan çıxarılıb”.
O qeyd edib ki, Rusiya 2014-cü ildən bəri Krımı hərbi cəhətdən möhkəmləndirilmiş bir rayona çevirib və ora müxtəlif məsafələrə malik hava hücumundan müdafiə sistemləri yerləşdirib: “Əgər Ukrayna komandanlığı bu sistemləri zərərsizləşdirərək Krım üzərində qurulmuş müdafiə çətirini tam şəkildə ləğv edə bilsə, bu zaman Kerç körpüsünə və yarımadadakı hərbi bazalara dəqiq raket zərbələri endirmək və Krımın demilitarizasiyasını başa çatdırmaq mümkün olacaq”.
Siyasi analitik əlavə edib ki, bu prosesin növbəti mərhələsində Ukrayna ordusunun Xerson və ya Zaporojye vilayətlərinin cənubuna enərək Rusiyanın Krıma açdığı quru yolunu kəsməsi və yarımadanı tam blokadaya salması məqsədəuyğun olardı.
“Qələbənin açarı məhz bundadır,” – deyə o bildirib.
Lakin Cəfərli qeyd edir ki, bu, son dərəcə mürəkkəb və yüksək riskli bir hərbi əməliyyatdır. Onun fikrincə, Ukrayna komandanlığı bu istiqamətdə hərəkətə keçmək üçün kifayət qədər ehtiyat qüvvələrə, güclü atəş imkanlarına, antidron və digər HHM vasitələrinə, eləcə də dəqiq kəşfiyyat məlumatlarına malik olmalıdır.
Rasim
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















