Fransa Ermənistanda “müdafiə çətiri” yaradır
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə “çətiri”dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















