Icma.az
close
up
RU
Luis Enrike: “Barselona” üzərində qələbənin açarı müdafiəmiz oldu

Luis Enrike: “Barselona” üzərində qələbənin açarı müdafiəmiz oldu

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

PSJ-nin baş məşqçisi Luis Enrike və hücumçusu Dezire Due Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” üzərində qazanılan 4:2 hesablı qələbəni dəyərləndiriblər.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının müdafiədəki çıxışından razı qaldığını və mövsümdə məğlubiyyət tanımayan rəqibə qalib gəlməyin əhəmiyyətini vurğulayıb.

“Bu, inanılmaz rəqibə qarşı çox yüksək səviyyəli oyun idi. Müdafiə olunmaq bizim üçün çətin idi, amma əminəm ki, qələbənin açarı məhz bu oldu. Müdafiədə yaxşı işlədik. Cari mövsümdə məğlub olmayan komandanı yenməyi bacardıq. Onlar hər oyunda orta hesabla dörd qol vururdular, biz isə cəmi iki top buraxdıq”, - deyə Enrike bildirib.

Baş məşqçi komandasının ikinci qolunu vuran Lukas Hernandesin çıxışını da xüsusi qiymətləndirib:

“Lukas təcrübəli, hər zaman hazır olan və böyük ambisiyalara malik futbolçudur. Oyundan əvvəl onun işinin öhdəsindən yaxşı gələcəyini bilirdik. Aqressiv oynayır, amma mənasız qayda pozuntularına yol vermir. O, dünyanın ən yaxşı futbolçularından birinə qarşı inanılmaz oyun keçirdi”.

Görüşün 38-ci dəqiqəsində hesabı açan Dezire Due isə komandanın uğur qazanmaq əzmini ön plana çəkib.

“Meydanda bütün gücümüzü ortaya qoyuruq və nəticə göz qabağındadır. Qarşıda bizi daha vacib oyunlar gözləyir. Diqqətimizi qoruyuruq, qələbələrə acıq. Qoluma gəlincə, hər şeyi öz üzərimə götürməyə çalışmırdım, sadəcə öz futbolumu oynayırdım. Ən vacibi bu axşam qalib gəlmək idi”, - deyə fransalı hücumçu söyləyib.

Qeyd edək ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşmada PSJ-nin qollarını Dezire Due, Lukas Hernandes, Vitinya və Fabian Ruis vurublar. “Barselona”nın heyətində isə Xavi Espart və Lamin Yamal fərqləniblər.

Bu qələbədən sonra PSJ xallarının sayını doqquza çatdıraraq Çempionlar Liqasının əsas mərhələsində liderlər qrupundakı mövqeyini qoruyub. “Barselona” isə altı xalda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Oktyabr 2026 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri