Icma.az
close
up
RU
Kriptodan gəlir əldə edənlər necə vergi ödəməlidir? RƏSMİ

Kriptodan gəlir əldə edənlər necə vergi ödəməlidir? RƏSMİ

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi, Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq. Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.

Mövzu ilə bağlı Metbuat.az-ın suallarını DVX-nin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin əməkdaşı Çingiz Musayev cavablandırıb.


- Çingiz bəy, kriptovalyutadan əldə olunan gəlirlər vergi öhdəliyi yaradırmı?

Bəli. Vergi qanunvericiliyinə əsasən, qeyri-sahibkarlıqdan əldə edilən gəlirlər vergi öhdəliyi yaradır və kriptovalyuta üzrə əməliyyatlardan əldə olunan gəlirlər də bu kateqoriyaya daxildir. Bu səbəbdən həmin gəlirlər mövcud mexanizmə uyğun olaraq vergiyə cəlb olunur. Belə əməliyyatlardan gəlirlərin vergiləndirilməsi ilə bağlı mexanizm yerli qanunvericilikdə mövcuddur.

- Kriptovalyuta ilə məşğul olan hər kəs VÖEN almalıdırmı?

Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla, yəni, VÖEN əldə etməklə öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.

- Kriptovalyuta əməliyyatları hansı məzənnə ilə hesablanır?

Vergi qanunvericiliyinə görə, xarici valyuta ilə aparılan və vergiyə cəlb edilən bütün əməliyyatlar (o cümlədən kriptovalyuta üzrə gəlirlər) həyata keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi əsasında manata çevrilir.

- Bəs, vergi öhdəliyi hansı faiz nisbətində müəyyən edilir?

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.

- Kriptovalyutanın saxlandığı beynəlxalq birjalardakı əməliyyatlara da vergi tətbiq olunurmu?

Bəli. Vergi öhdəlikləri kriptovalyutanın saxlandığı beynəlxalq birjalarda aparılan əməliyyatlara da şamil edilir. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri yalnız ölkə daxilində deyil, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi bütün gəlirləri əhatə edir.

- Çingiz bəy, vergi orqanları kriptovalyuta əməliyyatlarını necə izləyir?

Bu sahədə vergi nəzarəti mexanizmlərini təkmilləşdirmək, kriptoaktivlərlə aparılan əməliyyatlar barədə məlumat mübadiləsinə qoşulmaq, vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə (Crypto-Asset Reporting Framework - CARF) qoşulmaq üçün müvafiq prosedurlara başlayıb. CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.

- Kriptovalyuta əməliyyatlarında təkcə gəlir yox, zərər də yarana bilər. Əgər şəxs kriptovalyutanı baha alıb ucuz satıbsa (zərərə düşübsə), bu da bəyan edilməlidirmi?

Vergi Məcəlləsinin 120-ci maddəsinə əsasən fiziki şəxsin əmlakın təqdim edilməsindən (təsərrüfat fəaliyyəti üçün istifadə edilən əmlakdan və ya təqdim edilməsindən əldə olunan gəlirin vergidən azad edildiyi əmlakdan başqa) yaranan zərəri belə əmlakın təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir. Yaranmış zərər həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcək üç ilədək davam edən sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir.

Buna əsasən fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən (kriptovalyuta əməliyyatından) yaranan zərəri həmin ildə, yaxud gələcək üç ilədək davam edən sonrakı dövrə keçirilməklə bu cür aktivlərin təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir. Göründüyü kimi, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən kriptovalyuta əməliyyatından yaranan zərərin bəyan edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri