Icma.az
close
up
RU
Mamdani: Varlılar daha çox vergi ödəməlidir!

Mamdani: Varlılar daha çox vergi ödəməlidir!

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nyu-York şəhərinin meri Zöhran Mamdani bildirib ki, şəhərin ən varlı sakinləri 12 milyard dollarlıq büdcə kəsirinin aradan qaldırılması üçün daha yüksək vergi ödəməlidirlər.

Turkustan.az xəbər verir ki, Mamdani CNBC-yə verdiyi müsahibədə qeyd edib ki, əvvəlki administrasiya şəhəri 12 milyard dollarlıq ciddi büdcə kəsiri ilə təhvil verib. Onun sözlərinə görə, bu göstərici Nyu-Yorkda “Böyük Tənəzzül” dövründə qeydə alınan kəsirdən də böyükdür.

Mer bildirib ki, yaranmış vəziyyət zəif maliyyə idarəetməsi, dürüst büdcə planlaşdırmasından imtina və şəhər sakinləri ilə kifayət qədər şəffaflığın olmaması nəticəsində ortaya çıxıb. Mamdani vurğulayıb ki, bu məsələdə dürüst yanaşma və şəhərin struktur maliyyə balanssızlığının aradan qaldırılması əsas prioritetlərdəndir.

O, həmçinin Nyu-York şəhərinin ştatla münasibətlərinin yenidən qurulmasının, eləcə də şəhərin ən varlı sakinləri və yüksək gəlirli şirkətləri ilə fiskal münasibətlərin yenidən müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Mamdani bildirib ki, 12 milyard dollarlıq büdcə kəsirinin bağlanması üçün illik gəliri 1 milyon dollar və daha çox olan Nyu-Yorkluların ən yüksək gəlirli 1 faizi üçün vergilərin 2 faiz artırılması zəruridir.

Mer varlılara qarşı vergi artımlarının kapital axınına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara da toxunaraq xatırladıb ki, Nyu-York ştatında 2021-ci ildə vergi dərəcələrinin artırılmasına baxmayaraq, ştatda milyonçuların sayı artmağa davam edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri