Icma.az
close
up
RU
Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?

Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bitcoin"in qiymətində son günlər baş verən eniş kriptovalyuta bazarında yenidən müzakirələrə səbəb olub. Rəqəmsal aktivlərə yatırım edən şəxslər qiymətlərin daha da aşağı düşüb-düşməyəcəyi ilə bağlı narahatlıq keçirirlər. Son həftələrdə qeydə alınan qiymət itkisi bazarın gələcək istiqaməti ilə bağlı sualları artırıb. Bəs "Bitcoin" niyə ucuzlaşır və qarşıdakı dövrdə investorları nə gözləyir?

Məlumat üçün bildirək ki, iyunun ilk günlərində "Bitcoin"in qiyməti qısa müddətə 61 351 dollara qədər geriləyib. Bu enişlə son ayların ən böyük satış dalğalarından biri reallaşıb. Bazarda 1.6 milyard dollardan çox həcmdə mövqe məcburi şəkildə bağlanıb.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İqtisadi və geosiyasi amillər

"Crypto Consulting" MMC-nin direktoru Elnur Quliyev açıqlamasında bildirib ki, "Bitcoin"in ucuzlaşması bir neçə amilin eyni vaxtda təsiri nəticəsində formalaşıb: "Kriptovalyuta bazarındakı enişin arxasında həm iqtisadi, həm də geosiyasi amillər dayanır. Ən mühüm səbəblərdən biri ABŞ-də fəaliyyət göstərən spot "Bitcoin" ETF-lərindən rekord həcmdə vəsait çıxışlarının qeydə alınmasıdır. İyun ayının ilk yarısında ETF-lərdən təxminən 4.4 milyard dollar vəsait çıxıb ki, bu da məhsulların istifadəyə verildiyi 2024-cü ildən bəri ən böyük çıxış göstəricilərindən hesab olunur. Nəticədə ETF-lərin idarə etdiyi aktivlərin həcmi 104 milyard dollardan 83 milyard dollara qədər azalıb. Praktik nümunə kimi qeyd etmək olar ki, "Bitcoin" 2026-cı ilin əvvəlində 96-98 min dollar intervalında ticarət olunduğu halda, iyun ayında 60-65 min dollar diapazonuna qədər geriləyib. Bu isə zirvədən təxminən 35-40 faiz aşağı qiymət deməkdir. Lakin "Bitcoin" tarixini analiz etdikdə görürük ki, bu cür enişlər əvvəllər də olub. Məsələn, 2013-cü ildə "Bitcoin" təxminən 75% dəyər itirmişdi. 2018-ci ildə eniş 84%-ə çatmışdı, 2022-ci ildə isə qiymət zirvədən 77% aşağı düşmüşdü. Bütün bu korreksiyalardan sonra "Bitcoin" sonrakı illərdə yeni tarixi maksimumlar formalaşdırmağı bacarmışdı. Əgər investor 2022-ci ilin sonlarında "Bitcoin"i 16 min dollardan almış və bazardakı qorxuya baxmayaraq satış etməmişdisə, 2025-ci ildə qiymətin 126 min dollara yaxınlaşması nəticəsində kapitalını təxminən 8 dəfəyə yaxın artıra bilmişdi. Bu nümunə göstərir ki, kriptovalyuta bazarında emosional qərarlar çox vaxt maliyyə itkilərinə səbəb olur".

Mütəxəssis bildirir ki, hazırda bazara təsir edən ikinci böyük faktor geosiyasi risklərdir: "Son aylarda ABŞ-İran gərginliyi, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik və neft qiymətlərindəki artım qlobal risk iştahasını azaldırdı. Lakin son günlər ABŞ və İran arasında əldə olunan ilkin razılaşma bazarlarda optimizmi artırıb. Faizlərin aşağı düşməsi həm səhm bazarı, həm də kriptovalyutalar üçün müsbət faktor hesab edilir. Məhz buna görə də ABŞ-İran razılaşması təkcə siyasi hadisə deyil, həm də kriptovalyuta bazarı üçün potensial müsbət makroiqtisadi siqnal kimi qiymətləndirilə bilər. Artıq bazarda ilkin reaksiyalar da müşahidə olunur. Son günlər "Bitcoin" 59 min dollar ətrafındakı minimum səviyyələrdən 65-66 min dollar diapazonuna qədər yüksəlib və bəzi günlərdə 10 faizdən artıq bərpa nümayiş etdirib. Bununla belə, risklər hələ də qalır".

"Bitcoin"ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır"

Kriptovalyuta birjası "Binance"dən verilən məlumata görə, hazırda ABŞ-də Bitcoin ETF-lərindən müəyyən vəsait çıxışları olsa da, "Bitcoin"ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır: "Bazar məlumatlarına görə, 2024-cü ilin mart ayından etibarən ETF-lər 509 mindən çox "Bitcoin" toplayıb, "Strategy" şirkəti isə eyni dövrdə təxminən 651 min "Bitcoin" alıb. Ümumilikdə bu, bazarda 1.24 milyondan çox "Bitcoin"ə əlavə tələb yaradıb. Müqayisə üçün, hazırda bütün kriptovalyuta birjalarındakı ehtiyatlar təxminən 2.7 milyon "Bitcoin" təşkil edir. Bu rəqəmlər son illərdə iri investorların və şirkətlərin "Bitcoin"ə marağının miqyasını göstərir".

"Bu, böhran siqnalı deyil"

"CryptoQuant" CEO-su Yonq Ju isə deyir ki, hazırkı proses aktivin zəifləməsindən daha çox, "Bitcoin" ehtiyatlarının bazarın müxtəlif iştirakçıları arasında yenidən bölüşdürülməsi ilə bağlı ola bilər: "Erkən dövr investorlarından olan aktivlər yeni institusional investorların əlinə keçir".

Əlavə təzyiq yaradan amillərdən biri də kapital uğrunda qlobal rəqabətdir. "Bitcoin"ə təzyiq göstərən digər amil isə investor kapitalının fərqli istiqamətlərə yönəlməsidir. "Binance Research"in təhlilinə görə, hazırda vəsaitlərin əhəmiyyətli hissəsi süni intellekt, yarımkeçirici istehsalı, müdafiə və enerji sektorlarına axır: "Bazarda kapitalın hansı sahələrdə cəmləndiyini göstərən CBOE dispersiya indeksinin yüksək səviyyəyə çatması da investorların məhdud sayda populyar istiqamətlərə üstünlük verdiyini göstərir. Belə şəraitdə "Bitcoin" və digər rəqəmsal aktivlərə yönələn maraq qısa müddət ərzində zəifləyə bilər. Məhz buna görə də hazırkı enişi ilk növbədə kriptosənayenin daxilində yaranan böhran kimi deyil, makroiqtisadi amillərin və kapital axınlarının dəyişməsinin nəticəsi kimi qiymətləndiririk".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 İyun 2026 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri