“Kristal Palas”ın baş məşqçisi: “Bizdə hücumu başa çatdırmaq üçün ustalıq çatışmır”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Kristal Palas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Premyer Liqasının 18-ci turunda komandasının “Tottenhem”ə 1:0 hesablı məğlubiyyətini şərh edib.
İdman.Biz-in məlumatına görə, baş məşqçi etiraf edib ki, onun komandasında hücumu başa çatdırmaq üçün ustalıq çatışmır.
“Bu, o oyunlardandır ki, hər iki komandanın uduzması məyusedicidir. Biz kifayət qədər qol şansı yaratdıq, amma onları boşa verdik və künc zərbəsindən vurulan qolu buraxmaqla cəzalandırıldıq. Bu, harada inkişaf etməli olduğumuzu açıq şəkildə göstərdi. Bu gün biz gördük ki, başqaları “Kristal Palas”ı məndən daha uzun müddət izləyib. Onlar izləyib görüblər ki, komandamız “Tottenhem”ə qarşı oyunu necə idarə edir. Bunun axırıncı dəfə nə vaxt bu qədər açıq-aydın edildiyini xatırlamıram. Bu, oyunçularımızı məyus edir.
Buraxılmış şanslara görə heç kimi günahlandırmıram, amma biz o faktı qəbul etməliyik ki, hazırda bizdə hücumu başa çatdırmaq üçün ustalıq çatışmır. Amma oyun tərzimiz, oyunumuzun quruluşu, təhlükəli anlar, hücum inkişaflarımız hamısı öz bəhrəsini verdi. İndi oyunçuları dəstəkləmək, özünəinamlarını bərpa etmək vacibdir, çünki onlar daha çox qol vura bilərlər”, - “Kristal Palas”ın rəsmi saytında Qlasnerin fikirləri yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Dekabr 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















