Icma.az
close
up
RU
Kriştiano ardıcıl ikinci dubl ilə 933 ə çatdı

Kriştiano ardıcıl ikinci dubl ilə 933 ə çatdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda ''Əl-Nəssr'' ''Əl-Riyad''ı qəbul etdi.

''Football-plus.az'' xəbər verir ki, qocalmaq bilməyən Kriştiano Ronaldo yenə komandası üçün vacib qollar vurdu. Hərçənd oyun Ər-Riyad təmsilçisi üçün heç də asan keçmədi.
Doğma fanatları önündə oynayan ''Əl-Nəssr'' 45-ci dəqiqədə buraxdığı qolla gözlənilmədən fasiləyə geridə yollandı. Amma ikinci hissənin əvvəllərində Kriştiano ''sazı əlinə aldı''. Portuqaliyalı superulduz 56 və 64-cü dəqiqədə vurduğu qollarla komandasına 2:1 hesablı əzmkar qələbə qazandırdı.
Ronaldo ötən tur ''Əl-Hilal'' ilə səfər matçında da dubl etmişdi. Sonuncu dəfə onun ardıcıl 2 oyunda dubl etməsinə ötən ilin noyabrında rast gəlinmişdi. Qarşısına 1000 qol həddinə çatmaq kimi çətin və tarixi bir hədəf qoyduğu üçün futbol dünyasının diqqətlə təqib etdiyi Ronaldo peşəkar karyerasında uyğun olaraq 932 və 933-cü qollarını vurdu.
Maraqlıdı ki, baş məşqçi Stefano Pyolinin Ronaldo ilə problem yaşadığı və istefaya göndərilə biləcəyi haqda xəbərlər yayıldıqdan bu yana komanda yüksəlişə keçib. 3-cü pillədə qərarlaşan ''Əl-Nəssr'' çempionatda ardıcıl 3-cü qələbəni bayram edərək xalını 57-yə yüksəltdi. 2-ci pillədə qərarlaşan və bu tur büdrəyən son çempion ''Əl-Hilal''ın 58 xalı var. ''Əl-İttihad'' sona 7 tur qalmış 65 xalla liderdi və çempionluğu əldən buraxacağı gözlənilmir. Amma ''Əl-Nəssr'' ən azı 2-ci pilləni tutaraq Asiya Çempionlar Liqasına vəsiqə qazana bilər.
40 yaşlı Ronaldonun 23 qolla bombardirlər yarışına başçılıq etdiyini bildirək. Əla mövsüm keçirən ünlü forvard 2024/25-də keçirdiyi 35 rəsmi oyunda 32 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyib!
Ümumilikdə isə o, ''Əl-Nəssr''də indiyə qədər meydana çıxdığı 105 qarşılaşmada aktivinə 96 qol, 19 məhsuldar ötürmə yazaraq 115 qolun vurulmasında yaxından iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri