Kriştianu Ronaldu Messi ilə rəqabətini “Formula 1” əfsanələrinin mübarizəsinə bənzətdi
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu argentinalı ulduz Lionel Messi ilə uzun illər davam edən rəqabətindən danışıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Messi ilə sağlam rəqabət apardıqlarını vurğulayıb.
“Elə illər olub ki, aramızda sağlam rəqabət yaşanıb. Bu, “Formula-1”də Ayrton Senna ilə Alen Prost arasındakı mübarizəyə bənzəyirdi”, – deyə Ronaldu bildirib.
Qeyd edək ki, braziliyalı Ayrton Senna 1988, 1990 və 1991-ci illərdə “Maclaren”in heyətində “Formula-1” üzrə dünya çempionu olub.
Fransalı Alen Prost isə 1985, 1986 və 1989-cu illərdə “Maclaren”, 1993-cü ildə isə “Uilyams” komandası ilə dünya çempionluğunu qazanıb.
Bu mövzuda digər xəbərlər:Kriştianu Ronaldu 913ə çatdı
26 Noyabr 2024 09:01
Kriştianu Ronaldu Lionel Messi ilə arasındakı qol fərqini artırdı
05 İyun 2025 13:18
Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib
03 Noyabr 2025 23:38
Kriştianu Ronaldu və Lionel Messi bərbad göstəriciyə imza atıblar
02 Yanvar 2025 10:14
Kriştianu Ronaldu növbəti mükafatını alıb
12 Noyabr 2024 17:03
Baxış sayı:117
Bu xəbər 13 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















