Kriştianu Ronaldu növbəti mükafatını alıb
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu növbəti mükafatını alıb.
Sonxeber.az "Report"a istinadən məlumat verir ki, o, futbolda qazandığı nailiyyətlərə görə "Quinas de Platina" mükafatına layiq görülüb.
39 yaşlı ön xətt oyunçusu aldığı mükafatla bağlı təəssüratlarını bölüşərkən qürurlandığını bildirib:
"Mən bu mükafatı son nöqtə deyil, əksinə, başlanğıc kimi qəbul edirəm. 18 yaşında milliyə qoşulanda arzum ilk oyunumu keçirmək idi. Sonra 25, 50-yə çatdım, bəs niyə 100 olmasın? Əvvəl iki, daha sonra üç rəqəm və 150, 200 oyun haqqında düşünməyə başladım. Bu, qürur hissidir".
Qeyd edək ki, K.Ronaldu Portuqaliya millisində meydana çıxdığı 216 oyunda 133 qola imza atıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















