Kros qaçışı üzrə ölkə çempionatı keçirilib
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Sport24.az xəbər verir ki, turnirdə paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bu mövzuda digər xəbərlər:Cəlilabadda kros qaçışı üzrə ölkə çempionatı keçirilib FOTO
26 Oktyabr 2025 16:30
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
12 Aprel 2026 15:49
Bakıda kros qaçışı üzrə ölkə çempionatı keçiriləcək
13 Oktyabr 2026 16:05
Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib FOTO
20 Aprel 2025 15:24
Bakıda nərd üzrə ölkə çempionatı keçirilib
28 İyul 2025 17:22
Baxış sayı:190
Bu xəbər 12 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















