Icma.az
close
up
RU
*KTM də 500 dən çox oftalmoloji əməliyyat icra edildi

*KTM də 500 dən çox oftalmoloji əməliyyat icra edildi

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün uzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodları sözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.

Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni "göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər. 

Qeyd edək ki, el arasında "mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin "tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.

Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzdə yeni fəaliyyətə başlayan və icbari tibbi sığorta ilə həyata keçirilən oftalmoloji əməliyyatların sayı artıb.

Belə ki, uzman oftalmoloq Gülnar Sultanova tərəfindən 2025-ci ilin may-avqust ayları ərzində 430 katarakta (mirvari suyu) əməliyyatı, 51 gözyaşı kanalı tutulması səbəbilə aparılan KDSR (kanalizasiyalı dakriosistorinostomiya) cərrahi əməliyyat icra olunub.

Bundan əlavə 380-dən çox "Avastin" preparatının göz daxili inyeksiyası həyata keçirilib.Katarakta əməliyyatları zamanı xəstələrə yüksək keyfiyyətli "Alcon" (ABŞ istehsalı) linzaları yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri