Icma.az
close
up
RU
KTMT ciddi təşkilat deyil Sabiq nazir

KTMT ciddi təşkilat deyil Sabiq nazir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyündən bəhs edib. Baş nazir Ermənistanın KTMT-dən çıxma ehtimalının yüksək olduğunu bildirib.

Son ayların müşahidələri göstərir ki, KTMT-nin digər üzvlərinin də təşkilata münasibəti birmənalı deyil. Bəzi siyasi ekspertlər KTMT-nin getdikcə daha da kövrəkləşdiyini bildirirlər.

“KTMT-nin real fəaliyyəti olmayıb, olmayacaq da”

Bunu Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

"Bu təşkilat təbliğat üçün yaradılıb. Təşkilatın real fəaliyyəti heç vaxt olmayıb və mənə elə gəlir ki, heç vaxt da  olmayacaq. Bu təşkilatın hansısa diqqətçəkən fəaliyyətini yada salmaq çətindir. Üzvlərin bu təşkilata münasibəti sıfır səviyyədədir. Çünki hamı başa düşür ki, Qazaxıstan əsgəri gedib Ermənistanda vuruşan deyil. O baxımdan yenə deyirəm, bu təşkilat təbliğat üçün yaradılmış qurumdur".

"Paşinyanın KTMT məsələsini gündəmə gətirməsi Qərbin və Rusiyanın oyunudur"

T.Zülfüqarov vurğulayıb ki, Avropa İttifaqı və ABŞ bununla elə görüntü yaradır ki, guya Ermənistan Rusiyadan azad olmaq üçün siyasət aparır:

"Lakin biz görürük ki, artıq 7 il keçib, Ermənistan isə normal addım atmayıb. Aeroportda olan 15-20 nəfər hərbçini çıxarıblar, bununla da məsələ bitdi. Bu mövzunu təbliğ etmək üçün yenə də təşkilat barədə hansısa bəyanat verməyə başlayırlar. Mən KTMT-ni ciddi təşkilat hesab etmirəm. Çünki Ermənistanda Rusiyanın hərbi hava qüvvələrinin, quru qoşunlarının bazası var. Rus sərhədçiləri Türkiyə və İran sərhədində dayanırlar. Təhlükəsizlik xidmətləri bir-biriləri ilə əməkdaşlıq edirlər. Hərbi hava qüvvələrinin birgə komandanlığı var. Ümumiyyətlə, Ermənistanda olan hava hücumlarından müdafiə qurğuları birbaşa Moskvadan idarə olunur. Onların birgə hərbi qruplaşması mövcuddur. Bunların hərbi əməkdaşlığı çox genişdi. Hərbi əməkdaşlıqla bağlı 180-dən çox sənəd imzalanıb. İndi KTMT-ni gündəmə salıblar, guya orada nəsə mühüm məsələ mövcuddur. Biz onların bu oyunlarına getməyək. Həm də Rusiya bu oyunu oynayır. Çünki onlar başa düşürlər ki, gündəmdə olan məsələ onların real mövcud olan hərbi qüvvələrini tənqid altında olmaqdan xilas edir. Yalan mövzu atırlar ki, danışın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri