KTMT dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşəcək“
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qərb ölkələrinin Ermənistan ətrafındakı addımlarının Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, bu barədə KTMT Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyev bəyanat verib.
KTMT rəsmisi xüsusilə regiondakı seçkiləri xatırladaraq gərginliyin artacağını iddia edib.
Vasilyev ABŞ və Avropa İttifaqının regiondakı siyasətini hədəf alıb: "Ermənistandakı seçkilər də daxil olmaqla, Cənubi Qafqazdakı vəziyyət üzərində xüsusi dayanmaq lazımdır. ABŞ-nin Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək adı altında irəli sürdüyü planlar, Aİ ölkələrinin Ermənistanı öz hərbi strukturlarına daxil etmək niyyətləri, eləcə də bu regiondakı digər qeyri-dost addımlar gələcəkdə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq".
KTMT rəsmisi həmçinin təşkilatın bu prosesləri diqqətdə saxladığını vurğulayıb. "Biz vəziyyəti nəzarətdə saxlayırıq", - deyə o, bəyan edib, layihənin gedişatını izlədiklərini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 24 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















