Forumda ABŞ dən Cənubi Qafqazla bağlı MÜHÜM MESAJ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"ABŞ Cənubi Qafqaz regionunu təhlükəsizlik və regional əməkdaşlıq baxımından prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirir".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “The Middle Corridor: Unlocking Trade, Industrial and Connectivity Potential” panelində çıxışı zamanı deyib.
O, son 14 ay ərzində ABŞ-Azərbaycan münasibətlərində mühüm irəliləyişlərin baş verdiyini bildirib. Karlonun sözlərinə görə, bu müddətdə yüksək səviyyəli qarşılıqlı səfərlər, ilk iqtisadi dialoq və sonrakı təmaslar ikitərəfli münasibətlərin inkişafına töhfə verib.
Karlon qeyd edib ki, ABŞ hazırda Cənubi Qafqaz regionuna diqqətini artırır. O, avqust ayında Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanın ABŞ Prezidenti Donald Tramp tərəfindən də qeyd edildiyini xatırladıb:
“Bu, bizim üçün yeni diqqət istiqamətidir”, – deyə Karlon bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunun təhlükəsizliyə töhfə vermək və yeni imkanlar yaratmaq baxımından böyük potensialı var.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















