KTMT Ermənistanla bağlı öhdəliklərini yerinə yetirə bilməyib Paşinyan
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Təhlükəsizlik üzrə əsas tərəfdaşımız olan KTMT-də iştirakımızı dayandırmışıq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantika Şurası çərçivəsində çıxışında deyib.
"Bu qərarın qəbul edilməsinə səbəb KTMT-nin Ermənistan Respublikasının təhlükəsizliyinə zəmanət vermək üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı yaranmış vəziyyət olub. Ümumiyyətlə, deməliyəm ki, biz hazırda iqtisadiyyatdan tutmuş təhlükəsizliyə qədər bütün sahələrdə xarici əlaqələrimizin şaxələndirilməsi prosesindəyik", - Paşinyan bildirib.
Ağarza Elçinoğlu

KTMT Ermənistanla bağlı öhdəliklərini toxunulmaz saxlayıb
04 Dekabr 2024 12:53
Paşinyan: Ermənistanla KTMT münasibətləri geri dönüş nöqtəsini keçib
04 Dekabr 2024 17:50
Paşinyan: Ermənistanla KTMT arasında münasibətlər geri dönüş nöqtəsini keçib
04 Dekabr 2024 17:10
KTMT nin Ermənistanla bağlı “ssenarisi”: Paşinyan qurumdan çıxmaq yox, çıxarılmaq istəyir
07 Mart 2025 16:16

