Icma.az
close
up
RU
KTMT nin Ermənistanla bağlı “ssenarisi”: Paşinyan qurumdan çıxmaq yox, çıxarılmaq istəyir

KTMT nin Ermənistanla bağlı “ssenarisi”: Paşinyan qurumdan çıxmaq yox, çıxarılmaq istəyir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Onun sözlərinə görə, bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil. Diplomat qeyd edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq:

“Lakin təşkilata üzv başqa ölkələrin də texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”.

Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakı 2024-cü ilin fevralından dondurulub.

Maraqlıdır, bu xüsussa Ermənistanla bağlı nə kimi “ssenarilər” həyata keçirilə bilər?

Sualımızı cavablandıran politoloq Turan Rzayev Bakıvaxtı.az-a bildirib ki, Ermənistan KTMT-ni tərk etmək istəyir. Əslində bunda təəccüblü nə isə yoxdur. Məsələ ondan ibarətdir ki, Ermənsitan KTMT-nin ona qarşı “haqsızlıq” etdiyini düşünür:

“44 günülk müharibə zamanı rəsmi İrəvan bir neçə dəfə KTMT-yə müraciət edərək ittifaq nizamnaməsinin 4-cü bəndinin qüvvəyə minməsini tələb etdi. Söhbət hərbi yardımdan gedir. Lakin bu, baş vermədi. KTMT mühairbəyə müdaxilə edə bilməzdi. Çünki müharibə Azərbaycanın beynəxlaq hüquqla tanınan işğal edilmiş ərazilərində gedirdi. Hətta Ermənistan separatçılar üzərindən təmas xətindən kənarda yerləşən Azərbaycanın mülki obyektlərinə zərbələr vursa da, rəsmi Bakı yalnız Qarabağdakı mövqeylərə zərbələr endirirdi.
KTMT apardığı araşdırmalarda Ermənistanın tələbinin əsassız olduğunu müharibənin onun ərazisinə sıçramadığı təqdirdə heç bir yardım edilməyəcəyini bildirdi. Rəsmi İrəvan bunu KTMT-nin Ermənistana “haqsızlığı” kimi qələmə verir. Düzdür, KTMT üzvü olan ölkələrin mütləq əksəriyyəti Ermənistana görə Azərbaycanla müharibə etmək istəmirdi. Azərbaycan həm də bunu nəzərə alıb yanlışlıq etmədi və KTMT-ni müharibədən kənarda saxladı. 44 günülük müharibə və lokal xarakterli antiterror əməliyyatları nəticəsində Qarabağ münaqişəsi başa çatdı”.

Ermənistanda Paşinyan hakmiyyətinin qərbmeyilli siyasət seçdiyini söyləyən ekspert diqqətə çatdırıb ki, rəsmi İrəvan hazırda həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istəyir:

“Lakin başqa bir hərbi alyansda olan bir ölkə NATO-ya üzv ola bilməz. Ermənsitan əvvəllər haqsızlıq edildiyini düşünsə də, hazırda sırf Qərbə inteqrasiya siyasətinə görə KTMT-dən ayrılmaq niyyətindədir. Lakin belə bir istəyin yaradacağı risklərdən də narahatdır. Buna görə də çıxmaqdan çox çıxarılmağa çalışır. Elə son iki ildir, təşkilata ödəniş edilməməsi də bunu sübut edir.

İrəvan KTMT-nin son toplantılarında ya iştirak etməyib, ya da daha aşağı səviyyəli rəsmi nümayəndə ilə qatılaraq, təhqir edib. Bütün bu addımların tək məqsədi var. O da KTMT-dən çıxarılmaq”.

Turan Rzayev: Rusiya Ermənistanı KTMT-dən xaric etməyərək, planlarını pozmağı hədəfləyir

T.Rzayev onu da qeyd edib ki Ermənistan bir müddət öncə həm Aİ mülki missiyasının Ermənistandakı varlığını iki il artırdı, həm də ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzaladı:

“Bütün bunlara rəğmən KTMT də inadla Ermənistanı təşkilatdan uzaqlaşdırmır. Bunun iki səbəbi var: Birincisi, KTMT onsuz da effektsiz bir təşkilatdır. Yəni Rusiya bu təşkilatı yaradarkən potensial bir “Varşova paktı” olmasını istəyirdi. Amma MDB ölkələrinin bəzisi üzv olmaqdan başqa heç bir addım atmadı. Onsuz da üzv olmaq istəyən ölkə yoxkən, KTMT mövcud üzvlərdən birini uzaqlaşdırıb güc, prestij itirmək istəmir. İkincisi, KTMT həm də sırf inadına Ermənisanı xaric etmək niyyətində deyil. Ermənistanın bunu istədiyini bildiyi üçün Rusiya Ermənistanı xaric etməyərək, planlarını pozmağı hədəfləyir”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri