Icma.az
close
up
RU
KTN deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir

KTN deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2024-cü il tarixində İtaliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.P.A” şirkəti arasında imzalanmış anlaşma memorandumun icrası ilə bağlı işlər icra edilməkdədir. 

"Unikal" xəbər verir ki, anlaşma memorandumu ölkəmizdə deqradasiyaya uğramış torpaqlarda neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində siderat bitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə edilmiş bitki yağları tullantılarının valorizasiyasının qiymətləndirilməsini əhatə edir. Həmçinin, memodarundum özündə “ENI” şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvi neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanlarıda araşdırılacaq.

2025-ci il üzrə qeyd edilmiş istiqamətdə işlərin icrası məqsədi ilə hazırlanmış fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən şoran ərazilərdə istehsal səmərəliliyinin təmin olunması və deqradasiyaya uğramış torpaqların münbitliyinin bərpası istiqamətində Kürdəmir Təcrübə Sınaq Stansiyasında ”Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi” adlı pilot layihə üzrə yazlıq təcrübə əkinləri aparılıb. 

Qlobal iqlim dəyişikliyi şəraitində neft və onun törəmələrinə alternativ olaraq bioyanacaq istehsalında yağlı bitkilərin istifadəsinin aktuallığı artmaqdadır və pilot layihə bu istiqamətdə ölkəmizin potensial imkanlarını öyrənməyi hədəfləməkdədir. İqlim dəyişikliyinin təsirlərini yumşaltmaqla və kənd təsərrüfatı istehsalında yeni bitki növlərinin, eləcə də hər bölgənin torpaq və iqlim şəraitinə uyğun sortların istifadəsinin zəruriliyi nəzərə alınaraq ilkin olaraq İtaliyadan gətirilmiş yağlı bitkilərin Azərbaycan şəraitində təcrübə əkinləri aparılıb. Burada əsas məqsəd yeni sortların ölkə şəraitinə uyğunlaşma qabiliyyətini, məhsuldarlığını, biotik və abiotik stress amillərinə davamlılığını müəyyənləşdirmək və yeni becərmə texnologiyalarını tətbiq etməkdir.

Layihənin icrası zamanı bitki toxumlarının cücərmə qabiliyyətinin ISO standartına uyğunluğu, əkin sahəsi torpağının aqrokimyəvi göstəriciləri və suvarma suyunun kimyəvi tərkibi təyin edilməklə gübrə norması müəyyən olunub, təsdiqlənmiş səpin normaları və əkin sxemi üzrə təcrübə qoyulub. Təcrübədə xardal bitkisinin (Camelina sativa (L.) Crantz və Crambe abyssinica Hochst. ex R.E.Fr.) “Fms Brilhante”, “Caroline” və “Omega”, saflorun (Carthamus tinctorius L.) “CAR. Cw 99ol” və “Oscar”, günəbaxanın (Helianthus annuus L.) “RGT Angello”, “RGT Volcano”, “RGT Capitoll” və “Idillic”, gənəgərçəyin (Ricinus communis L.) “Mia”, “Tamar”, “Bhim+”, “Gch9” və “Evf701” sortlarından istifadə edilib. 

Vegetasiya dövründə fenoloji müşahidələr aparılaraq bitkilərin inkişaf fazaları qeyd edilib, fotosintetik parametrlərdən yarpaqların assimilyasiya səthi sahəsi ölçülüb, əkinlərdə fitosanitar vəziyyət qiymətləndirilib. Sortlar üzrə bitkilərin vegetativ və generativ inkişaf xüsusiyyətləri, yetişmə dövründə dən məhsuldarlığı təyin edilib.

Aparılmış tədqiqatın ilkin nəticələrinə əsasən, saflor bitkisinin hər iki sortunun, günəbaxan bitkisinin “RGT Angello” (6,74 t/ha) və “Idillic” (6,23 t/ha), eləcə də mexaniki yığıma yararlı Braziliya mənşəli “Tamar” (2,53 t/ha) və Hindistan mənşəli hündürboylu “Bhim+” (2,80 t/ha) gənəgərçək sortlarının məhsuldarlığa görə digərlərinə nisbətən daha üstün olduğu müəyyən edilib. 

Ümumilikdə əldə edilən ilkin nəticələrə görə, seçilmiş sortların toxumlarından alınan yağların ölkəmizdə kənd təsərrüfatının yeni istehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarının istehsalında istifadəsi perspektivinin olduğu qənaətinə gəlinib.

Anlaşma memorandumu çərçivəsində pilot layihələrin icrası davam etdirilməkdədir. Elmi nailiyyətlərin dərc oluinması, yeni bitki növlərinin təcrübə əkinlərinin qoyulması, deqradasiyaya uğramış torpaqlarda bu bitkilərin əkinin iqtisadi qiymətləndirilməsi və ölkə üzrə bioyanacaq və ya mühərrik yağlarının istehsalında geniş həcmli əkin prespektivləri qiymətləndiriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri