Kuala Lumpur meri: Azərbaycanın mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Qeyri-hökumət təşkilatlarının, xüsusən də Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan tərəfinin mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir, ümumi rifah və dayanıqlı inkişaf yolunda zəruri addımdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Kuala-Lumpur (Malayziya) meri Maimuna Mohd Şərif Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal arenada, o cümlədən Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dəfələrlə liderliyini nümayiş etdirib.
"Qlobal Cənubda 90-dan çox ölkədən olan iştirakçıların iştirakı vətəndaş cəmiyyətinin birlikdə işləməyə, gələcəyi planlaşdırmağa və formalaşdırmağa dərin sadiqliyini nümayiş etdirir. Mən Azərbaycana Bakıda bu heyrətamiz platformaya ev sahibliyi etdiyinə və dünya miqyasında liderliyinə görə təşəkkür edirəm.
Qoşulmama Hərəkatının sədri kimi 2019-23-cü illərdə Azərbaycan çoxtərəfli və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb. Bu isə müasir geosiyasi qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 28 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















