Icma.az
close
up
RU
Kub formasında satılan ətlər təbii olmaya bilər XƏBƏRDARLIQ

Kub formasında satılan ətlər təbii olmaya bilər XƏBƏRDARLIQ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycanda bazarlarda satılan bəzi mal ətlərinin görünüşü və mənşəyi ilə bağlı narahatlıq yaranıb. Mənşə ölkəsi və emal prosesi barədə məlumat verilməyən, kub formasında təqdim olunan və bazar qiymətindən xeyli ucuz satılan bu məhsulların təhlükəsizliyi müzakirə olunur. Alıcılar ətin keyfiyyəti və saxlanma şəraiti ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

İstehlakçı ətin təbii olub-olmadığını necə ayırd edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, kub formasında təqdim olunan ət dondurulmuş ətdir:

"Bu, məsələnin birinci tərəfidir. 

İkinci tərəfdən isə təbii ət tam simmetrik və eyni formada olmur. Yəni təbii ətin doğranması bu şəkildə həyata keçirilmir. Qəssab tərəfindən doğranmış ət simmetrik olmur. Təbii ki, bu cür ət müəyyən ət hissələrindən və ya ət parçalarından preslənərək hazırlanmış, daha sonra simmetrik formada doğranmış ola bilər. Əsas məsələ ondan ibarətdir ki, əgər ət idxal məhsuludursa, mütləq şəkildə AQTA tərəfindən verilmiş idxal sənədi olmalıdır. Eyni zamanda məhsulun hansı temperaturda saxlanması ilə bağlı rəsmi sənəd, baytarlıq sənədi və ətin nümunə sənədi mövcud olmalıdır. Yenə də vurğulayıram ki, bunlar mütləq tələblərdir. Həmçinin ətin mənşəyinə dair baytarlıq sənədi də üzərində olmalıdır".

Ekspert qeyd etdi ki, preslənmiş və eyni formada doğranmış ətin mal əti olub-olmaması, quzu və ya digər xırda buynuzlu heyvan ətinə aid edilməsi, yaxud iri buynuzlu heyvan ətidirsə, konkret olaraq hansı ət hissəsinə aid olması barədə müştərilərin məlumatlandırılması üçün rəsmi sənədin olması vacibdir.

"Digər mühüm məsələ ətin saxlanma şəraiti ilə bağlıdır. Buzlanmış ətin hansı şəraitdə saxlanmalı olduğu məlumdur və bu, mütləq buzlu temperaturda olmalıdır. Əgər bu ət buzu açıldıqdan sonra yenidən dondurularsa, artıq həmin ətin keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranır. Belə hallarda ət açıq havada saxlanılmış, buzu əridilmiş və yenidən dondurulmuş ola bilər ki, bu da ətin qoxusunda, dadında və görünüşündə nəzərəçarpacaq fərqlərin yaranmasına səbəb olur", - deyə İlkin Şirinov yekunlaşdırdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri