Icma.az
close
up
RU
Kuba dağılan turizm sektorunun xilasında Çinin yardımına ümid bəsləyir

Kuba dağılan turizm sektorunun xilasında Çinin yardımına ümid bəsləyir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

ABŞ-ın yeni sanksiyaları ilə ağır vəziyyətə düşən və iqtisadi böhrandan əziyyət çəkən Kubanın turizm sənayesini canlandırmaq üzrə son cəhd göstərilir. Havana bu məsələdə Çindən daha çox turist cəlb etməyə ümid edir.

AZƏRTAC xəbər verir ki, Kubanın ONEI statistika agentliyinin son məlumatlarına əsasən, adanın ən mühüm xarici valyuta mənbəyi olan əcnəbi turist axını 2025-ci ilin birinci rübündə demək olar ki, üçdəbir azalıb. Bu, arxipelaqın yüksək səviyyəli rəsmilərini alternativlər axtarmağa məcbur edən həyəcan siqnalıdır.

ONEI-nin məlumatına görə, 2025-ci ilin əvvəlində yaxın vaxtlara qədər Kubanı populyar səyahət istiqaməti hesab edən Rusiya, Kanada, İspaniya və İtaliyadan gələn turistlərin sayı azalıb. Kubalı amerikalılar da daxil olmaqla, ABŞ-dan gələnlərin sayı da birinci rübdə kəskin şəkildə azalıb.

Adanın bu il Çinə həsr olunmuş illik turizm yarmarkasının açılışında Kubanın turizm naziri Xuan Karlos Qarsiya deyib: “Sirr deyil ki, ölkəmiz və xüsusən də turizm sektoru son zamanlar çətin vəziyyətlə üzləşib”.

Asiyanın ən güclü ölkəsi iki ölkə arasındakı böyük məsafəyə baxmayaraq Kubanın turizm sektorunun inkişafı üçün münbit zəmin ola bilər.

Keçən ilin may ayında “Air China” aviaşirkəti iki ölkə arasında ilk birbaşa uçuşunu həyata keçirdi. Bu, 24 saatlıq çətin aviareys olsa da, ziyarətçi sayını artırmağa kömək etdi. Çinlilər Karib dənizindəki ada ölkəsinə səfər etmək üçün viza tələblərindən də azaddırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri