Icma.az
close
up
RU
Külli miqdarda pulu ölkəyə qaytarmayanlar ifşa olundu

Külli miqdarda pulu ölkəyə qaytarmayanlar ifşa olundu

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə "T-Ekport" MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3,2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əhmədov Yaşar Oktay oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə "Mövlud98", "Elektrodom", "Sultan-1996", "Seymuroğlu" məhdud məsuliyyətli cəmiyyətləri tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bürcalızadə Rahil Vahid oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə "Ümüd 059" MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7,3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə "Aysan AS" MMC tərəfindən Azərbaycandan İran İslam Respublikasına konsiqnasiya yolu ilə ixrac edilmiş "yaş biyan kökü" yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə Respublikasının vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə "Avalon S" MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri