Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

525 ci qəzet Avtobus əhvalatları İmir Məmmədli yazır

525 ci qəzet Avtobus əhvalatları İmir Məmmədli yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmir MƏMMƏDLİ

Afiqin haqqında danışanda, bacarıqlı və çevik, yaxud çevik və bacarıqlı oğlandır demək olar. Toplanan rəqəmlərin yerini dəyişməklə cəm dəyişmədiyi kimi, burda da bu iki sözün yerini dəyişməklə heç nə dəyişmir, Afiq Afiq olaraq qalır. Elə vəziyyət, elə bir durum ola bilməzdi ki, Afiq ordan çıxış yolu tapmasın. Məsələn, onun işi qəfil dalana dirənəndə, Afiq dalanı deşib çıxa bilərdi, çıxmışdı da. Amma bütün vəziyyətlərdən yaxında olan kimsənin qolundan bərk-bərk yapışaraq çıxmışdı. "Yapışma əməliyyatı" ömründə bircə dəfə özünü doğrultmamışdı. Əhvalat belə baş vermişdi.

Bir gün Afiq babası ilə birlikdə avtobusda oturub harasa gedir. Birdən, dayanacaqların birində, tərs kimi, balaca Afiqin müəlliməsi avtobusa qalxır. Afiq onu görən kimi:

- Baba, mən batdım! - deyə həyəcanla pıçıldayır.

- Niyə? Nə oldu? - babası daha da həyəcanlı tərzdə soruşur.

- Bu səhər müəlliməyə zəng edib demişəm ki, babam ölüb, dərsə gələ bilməcəm. Ona bax, o da tərs kimi avtobusa mindi. Səni burda sağ-salamat görsə, biabır olacağam. - Afiq yarıpıçıltılı səslə izah edir.

Bu əsnada müəllimə onlara yaxınlaşıb:

- Salam, Əhməd! - deyə Afiqin babasına üz tutur.

- Əleykəssalam! - əlindəki qəzetin arxasına gizlənən baba pusqudan çıxmış adam kimi qəribə səslə dillənir.

- Əhməd, bəs dedilər, sən ölmüsən? - müəllimə bunu deyib Afiqə tənəli bir nəzər salır.

- Fikrimi dəyişdim. Düşündüm, ölməkdirsə, elə ölüm, üçüm bazar gününə düşsün ki, hüzuruma gələn adamlara rahat olsun, yəni qeyri-iş günü olsun ki, yasa gələnlər işi buraxmalı, buraxmaq üçün müdirdən icazə almalı olmasınlar.

- Həə? - deyə təəccübünü gizlədə bilməyən müəllimə növbəti dayanacaqda düşür. Amma düşərkən - belə babanın da belə nəvəsi olar də!.. - deyir. 

O hadisənin üstündən düz on səkkiz il keçir, Afiq hələ də bilmir, babası hazırcavablılığı ilə onu vəziyyətdən çıxardı, ya yox. Asudə vaxtlarında bu barədə çox düşünüb, amma bu sualın cavabını hələ də tapa bilməmişdi.

Afiqin uşaqlığında avtobusda baş verən bu uğursuz, yoxsa uğurlu əhvalatı danışdım, nə yadıma düşdü?

Düşüncəli oxucu deyər, bu nə sualdır?! Adam avtobusdan danışanda, əlbəttə, avtobus yadına düşər.

Düzdür, düz sözə nə düzəliş! Mənim də yadıma avtobus düşdü. Daha doğrusu, avtobusda gediş haqqının qalxdığı çağlar canlandı xəyalımda.

Gediş haqqının artmasının, bütün sərnişinlərdən fərqli olaraq, Afiqin cibinə xeyri oldu. Onun hər yerə avtobusla gedib-gəlməsinə, ictimai nəqliyyatdan intensiv istifadə etməsinə rəğmən, Afiq bunu heç vecinə almadı, əksinə, dediyim kimi, hələ xeyli yararlandı da. Əlbəttə, bu, yenə məsafə etibarilə yaxında olan adamların bilavasitə köməyi ilə baş verdi.

Gediş haqqı əlli qəpik olan gündən etibarən Afiq dayanacağa yaxınlaşan kimi gözü ilə ziyalı sərnişin axtarmağa başladı, həmin ziyalı qalstuklu olsa, daha yaxşı... Afiq gümanına arxalanaraq seçdiyi adama yaxınlaşır, salam verib salam alırdı. Bu vacib ritualı yerinə yetirərkən həmin ziyalının əlini sıxıb özünə tərəf dartır, o üzündən bu üzündən öpəndən sonra hal-əhval tuturdu. Şikar-adam qalstukludursa, qalstukunun xətrinə susur, yersiz sorğu-suala yer vermirdi (Afiq bunun belə olduğuna əmin idi, çünki dəfələrlə sınaqdan keçirmişdi). Yox, əgər qalstuksuz ziyalılardandırsa, özünə rəva bilib - bağışla, səni tanımadım, - deyirdisə, Afaqın cavabı hazır idi:

- Siz məni tanımaya bilərsiniz, amma mən sizi, sizin alicənablığınızı heç vaxt unutmaram, unuda bilmərəm! - deyirdi.

Bu kəlmənin qarşısında ziyalı isti görən mum kimi yumşalır, Afiq isə avtobus gələnə qədər sözünə cani-dildən davam edirdi: 

- Sizi tanıyıb-bilənlər daim sizin xeyirxah ürəyinizdən, geniş qəlbinizdən, səxavətli xislətinizdən danışırlar.

Adam ömründə bir kəsə zərrə qədər yaxşılıq etmiş olmasa belə, həmin xoş kəlmələrdən sonra özünü, doğrudan da, Afiqin sözlərində təsvir olunan şəxsiyyət kimi təsəvvür edir, hətta bir az kövrəlib özünə yazığı da gəlirdi ki, belə xeyirxah olduğu halda qədri-qiyməti bilinmir.

Bu ara bir də görürdün avtobus gəlib dayandı.

- Buyurun! Buyurun! - deyə, Afiq nəvaziş xətrinə bir addım geri çəkilib həmin ziyalını qabağa buraxırdı.

Adam avtobusa qalxan kimi pencəyinin qoltuq cibindən kartını çıxarıb özündən öncə Afiqın əvəzinə gediş haqqı vururdu. Afiq, bu ara:

- Müəllim, siz niyə? Əslində mən sizin əvəzinizə vurmalı idim! - deyə "xəcalət çəkdiyini" bildirirdi.

- Yox, mən olan yerdə sən kart vura bilməzsən! - ziyalı öz geniş qəlbini və səxavətli xislətini "bir daha" nümayiş etdirirdi.

Avtobus tərpənəndən sonra Afiq danışmır, yol boyu susurdu.  Bayaqdan dil-dil ötən Afiqin sükutunu həmin ziyalı da dərin minnətdarlıqla səciyyələnən sükutla qarşılayırdı, - sözünü dayanacaqda deyib, daha nə desin?! Bir azdan hərə öz dayanacağında düşüb gedirdi. Beləliklə, bütün sərnişinlər gediş haqqı ödədiyi halda Afiq bir gedişə 50 qəpik irəli düşürdü.

Düzdür, nadir hallarda da olsa, rastına elələri də çıxırdı ki, Afiq yaxınlaşır, hal-əhval tutur, boynundan qucaqlayıb o üzündən, bu üzündən öpür, şirin dilini işə salırdı, amma nankorlar avtobusa qalxıb yalnız öz əvəzlərinə gediş haqqı ödəyirdilər. Bəziləri hətta kənara çəkilib Afiqə yol verirdilər ki, əvvəlcə o qalxsın, bunların əvəzinə də ödəsin.

Belələri bilmirdilər ki, Afiqin öpüşünün dəyəri 50 qəpikdir! Onlara deyən lazımdır, bir üzündən öpəndə o biri üzünü də qabağa tutub öpdürdünsə,  kişinin 50 qəpiyini verməli, yəni gediş haqqını ödəməlisən, qaqaş. Amma qanmaza istər de, istər demə, onsuz da özü bildiyini eləyəcək. Odur ki, belə hallarda Afiq avtobus tərpənərkən yerə hoppanıb daha anlaqlı ziyalını bələdləməli, növbəti avtobusu gözləməli olurdu. 

Bəzi insanlarda göz yaddaşı güclü olur. Ziyalı sərnişinlərin arasında elələri də var idi ki, artıq Afiqi üzdən tanıyırdılar, Afiq dayanacaqda peyda olan kmi kiminsə arxasına daldalanır, gözdən yayınmağa çalışır, bir dəfə ödəyib, bir daha ödəməkdən boyun qaçırmaq istəyirdilər. Afiq gizlənən sərnişini görəndə əl çəkmirdi, bilirdi, belələri zəif xarakterli insanlardır, əgər üz-üzdən utanıb gizlənirsə, demək avtobusa qalxanda ödəyəcək. Ödəyirdi də!

Elə gün olurdu, Afiq ictimai nəqliyyatdan bir neçə dəfə istifadə edirdi. Belə günlərdə, o 4-5 manata qənaət edirdi. Özü demiş, qənaət etdin, qazandın, eyni şeydir.

Aydın məsələdir ki, ziyalı sayı əhalinin ümumi sayı ilə müqayisədə xeyli azdır. Hər dayanacaqda ziyalı tapmaq müşkül işdir, birində olanda, birində olmur. Afiq ziyalı qıtlığıyla qarşılaşanda ehtiyat tədbirə əl atırdı, - avtobusa qalxan kimi sürücüyə yanaşır:

- Ayə, necəsən? - deyə uca səslə soruşurdu.

Nidası məzmunundan çox olan bu sualın qarşısında sürücülərin çoxu ayağa durub:

- Sağ ol yaxşıyam, sən necəsən? - deyirdi.

"Sən necəsən?" kəlməsini eşidən Afiq bilirdi, həmləsi baş tutdu. Odur ki, qarmaqdakı sürücünü şirinikdirmək üçün işini daha da şövqlə davam edirdi:

- Evdə-eşikdə nə var, nə yox, salamatçılıqdırmı?

- Şükür, salamatçılıqdır! - sürücü deyib öz növbəsində soruşurdu, - sizdə nə var, nə yox?

- Sağ ol, biz də yaxşıyıq! - deyə cavab verən Afiq bu yerdə əlini cibinə atıb balansında bir qəpik belə olmayan gediş kartını çıxarırdı. Amma aparata toxundurmağa tələsmirdi. Bunu görən sürücü:

- Ayıb deyilmi! Məni utandırırsan! - deyə onun əlini geri itələyirdi ki, kartı cihaza yaxınlaşdırmasın, - keç əyləş!

- Çox sağ ol! - deyib Afiq salona keçir, keçərkən ağızucu mızıldanırdı, - evdəkilərə salam deyərsən!

- Salam göndərən sağ olsun! - Sürücü onun cavabında dillənib sükan arxasına keçirdi.

Bir gün, daha doğrusu, axşam çağı Afiq 50 qəpiyini qazanaraq (siz buna qənaət edərək də deyə bilərsiniz) avtobusda qoca bir kişinin yanındakı boş yerdə ədəb-ərkanla oturub evə qayıdırdı. Get-gedə salondakı bütün yerlər tutuldu, üç-dörd nəfər ayaqda qalan sərnişin də oldu. Dayanacaqların birində avtobusa hamilə bir xanım qalxdı. Afiq oturanlara göz gəzdirdi, hamısı qadın, uşaqlı sərnişin və qoca-qoltaq idi. Durub hamilə qadına yerini verməyə namizəd yalnız Afiqin özü ola bilərdi. Afiq isə heç nədən xəbəri olmayan adamlar kimi başını aşağı saldı. Hamilə xanım tərs kimi (bəlkə də tərs kimi yox, qəsdən) gəlib düz Afiqin başının üstünü kəsdirdi. Qılımından hiss olunurdu ki, Afiqin qalxıb ona yer verəcəyinə əmin idi, Afiq isə yerini heç kəsə vermək fikrində deyildi. Yaşlı və qucağı körpəli sərnişinlər də Afiqə tərəf tərs-tərs baxıb bir az gözlədilər, gördülər, durmaq fikrində deyil, ordan-burdan deyinməyə, məzəmmətləməyə başladılar. "Mədəniyyətsiz", "Tərbiyəsiz", "Qanmaz" sözlərinə və "indiki cavanlarda qanacaq yoxdur", "Nə qadın qanırlar, nə hamilə" kimi kəlmələrə geniş meydan açdılar.

Afiq başını aşağı salsa da, bilirdi ki, bütün sözlər onun ünvanına deyilir. An içində, min dəfə sınaqdan keçirdiyi üsula əl atmalı, yəni ən yaxında olan adamın vasitəsi ilə vəziyyətdən çıxmalı olduğunu anladı. Ehmalca ətrafa boylandı, yanında mürgü döyə-döyə yol gedən ağsaqqala nəzər saldı, sonra isə o yenidən başını aşağı salıb heç nə olmamış kimi yoluna, təhqiramiz ifadələr isə başından yağış kimi yağmağa davam etdi.

Bir azdan Afiq pəncərədən baxıb gördü, öz dayanacağına yaxınlaşır, əlini ağır-ağır uzadıb oturacağın yanına pərçimlənmiş çəliyi götürüb yerindən güc-bəla ilə ayağa durdu, Əsaya söykənib ayağını çəkə-çəkə qapıya tərəf yönəldi. Bunu görən sərnişinlər nəfəslərini içlərinə çəkib karıxıb qaldılar. Haçandan-haçana ordan-burdan dillənib əli çəlikli Afiqdən üzr istədilər, hətta əllərini göyə qaldırıb bu qəfil günaha görə Allahdan bağışlanma diləyənlər də oldu. "Evə çatan kimi bu oğlan üçün dua edəcəm!" deyə bir nəfər ağbirçək sərnişin qırışmış yanağında gilələnən göz yaşını örpəyinin ucu ilə sildi.

Avtobus dayandı, Afiq düşdü, çəliyə söykənə-söykənə səkiyə üz qoydu. Avtobus da qapıları bağlayıb güclü xəcalət hissi keçirən sərnişinləri ilə birlikdə yoluna davam etdi. Beləliklə, əvvəlcə avtobus, sonra Afiq gözdən itdi.

Son dayanacağa çatana qədər salon tamam boşaldı. Yalnız Afiqin yanında oturan qoca qaldı. O, sonuncu dayanacaqda oyanaraq əlini uzadıb çəliyini götürmək istədi, əli boşa çıxdı. Ətrafa boylandı. Sonra bir təhər qalxıb deyinə-deyinə avtobusu tərk etdi.

Kişinin çəliyini isə səkinin qırağında başqa bir qoca tapıb onu ora qoyanın babasına rəhmət oxudu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri