Icma.az
close
up
RU
Küngüt gəlməli, görməli, gəzməli məkandır

Küngüt gəlməli, görməli, gəzməli məkandır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın 71 ölkəsini ziyarət etmiş səyyahla söhbət

Şəki rayonunun ərazisindəki Küngütçayın sağ sahilində yerləşir Küngüt kəndi. 1600-dən çox sakini, onlarla tarixi-mədəniyyət abidəsi var bu qədim yurdun. Əhali əsasən meyvə, taxıl, tütün, qarğıdalı əkib-becərməklə, heyvandarlıq və arıçılıqla məşğuldur.

Bir neçə il əvvəl Küngüt kəndinin yuxarı başında, azman bir qayanın üzərində müasir texnikanın köməyilə hər cür şəraiti olan yaraşıqlı “Küngüt” istirahət kompleksi inşa edilib. Əvvəlcə kəndə, oradan isə kompleksə 4 kilometr aralıdan göz yaşı kimi dumduru su çəkilib. Kəndin yolları təmir olunaraq abadlaşdırılıb. Bütün bunların sayəsində Küngüt ətraf ərazidə ən gözəl turizm məkanlarından birinə çevrilib.

Sakinlər kəndin mərkəzindəki “Bulaq suyu” abidəsinin üzərində yuxarıda sadaladığımız bu xeyirxah işləri öz şəxsi vəsaiti hesabına həyata keçirən şəxsin – Sadiq Mustafazadənin isminə yaraşdırıb “Kəndinəsadiq” lövhəsi vurublar. Sadiq müəllim Küngütün öz yetirməsidir. İxtisasca inşaatçıdır. Hüquqşünas kimi ikinci ali təhsil də alıb. Xeyli müddət Bakı şəhərinin icra strukturlarında çalışıb.

Onunla söhbətə əvvəlcə ölkəmizdə, eləcə da Şəki rayonunda kənd turizminin inkişafının sadə insanlar üçün əhəmiyyəti ilə bağlı fikir mübadiləsi ilə başladıq. Sonra isə çoxdan səyyah-turist kimi gəzib-dolaşdığı çox sayda ölkələrlə bağlı təəssüratlarını öyrəndik. Beləcə, müsahibimiz XQ-nin suallarını cavablandırdı.

– Sadiq müəllim, ilk sualım belədir: Küngütdə turizmin inkişafı kənd sakinlərinin məşğulluğuna necə təsir göstərir?

– Müsbət təsir göstərir. Məsələn, bizim kənddə uzun illərdir arıçılıqla məşğul olan “Qinyət oğulları” şirkəti var. Ona Lətif Lətifov adlı dostum rəhbərlik edir. Mənə dəfələrlə deyib ki, turistlər bu tərəflərə ayaq açmağa başlayandan, Küngüt balının müştəribləri xeyli artıb.

Küngütdə elə ailələr var ki, evdə, şəxsi təsərrüfatlarında hazırladıqları lavaş, təndir çörəyi, ağartı və digər nemətləri bu yerlərə təşrif buyuran turistlərə təklif edirlər. Bunlar təzə, təmiz, ekoloji cəhətdən təmiz məhsullardır. Turistlər, əlbəttə, bunun fərqindədirlər və kənd məhsullarını həvəslə alırlar.

– Ümid edirəm ki, regionlarda kənd turizminin daha sürətlə inkişaf etdirilməsi ilə bağlı ideya və təklifləriniz olmamış deyil...

– Ölkəmizdə bütövlükdə turizmin, eləcə də kənd turizminin inkişafı istiqamətində bir çox uğurlu addımlar atılıb. Bununla bərabər, bu sahədə müəyyən çətinliklər də var. İlk növbədə, müştərilərə göstərilən xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də qiymətləri aşağı salmaq lazımdır.

Bu sahədə dönüş yaratmaq üçün bacarıqlı gənc kadrların yetişdirilməsinə önəm verilməlidir. Şəxsi qənaətim budur ki, turizm sahəsində çalışan kadrlar həm səriştəli, həm də halal, ədalətli insanlar olmalıdırlar. Demək istəyirəm ki, fürsətgirlik bu işdə yaramır və ziyan gətirir.

– “Küngüt” istirahət mərkəzində “Dəm çaynikləri muzeyi” yaradılıb. Bu barədə də məlumat verməyinizi rica edirəm...

– Muzeydə irili-xırdalı 372 dəm çaynik nümayiş olunur. Onların bir hissəsini mənə hədiyyə ediblər. Amma çoxunu dünyanın müxtəlif ölkələrinə etdiyim səyahətlər zamanı satın almışam. Çayniklərin çoxu orijinal dizaynı ilə seçilir, hər biri ayrı-ayrı ölkələrin rəmzləridir. Bu çayniklər sanki Yer kürəsinin xəritəsinin özündə əks etdirir. Yeri gəlmişkən, turistlər burada şəkil çəkdirməyi çox sevirlər.

– Sadiq müəllim, siz turist kimi dünyanın 71 ölkəsində olubsunuz. Belə çıxır ki, ayağınız dəyməyən qitə, materik qalmayıb. Görünür, dünyanı dolaşmaqdan məxsusi zövq alırsınız...

– Hələ məktəbdə oxuyarkən özümə söz vermişdim ki, imkan düşən kimi mütləq yaxın-uzaq ölkələrə səyahət edəcəyəm. Bu, mənim hobbimdir və bundan böyük zövq alıram. Qardaş Türkiyədə İlbər Ortaylı adlı məşhur tarixçi vardı. Bildiyiniz kimi, bu yaxınlarda dünyasını dəyişib. İlbər bəy həmişə deyirdi ki, o, şəxsən tarixi bilgiləri daha çox göz yaddaşı ilə alır. Məndə də belədir. Gəzdiyim, gördüyüm yerlər yaddaşıma əbədi həkk olunur.

– Ziyarət etdiyiniz ölkələrin içərisində sizi ən çox nə heyrətləndirib?

– Bu, yaxşı sualdır. Etiraf etmək istərdim ki, bu vaxta qədər 2 ölkədə gördüklərim məni daha çox yaxşı mənada təəccübləndirib. Bunlar Yaponiya və Səudiyyə Ərəbistanında görüb müşahidə etdiklərimdir. “Gündoğar ölkə”nin insanları son dərəcə qonaqpərvərdirlər. Yaponlardan hansısa bir ünvanı soruşanda, çox vaxt turistin yanıma düşüb özləri onu o ünvana çatdırırlar.

Bir də müqəddəs Məkkə şəhərində gördüklərim məni çox heyrətə gətirib. Təsəvvür edirsinizmi, Kəbə ətrafında bir neçə milyon adam eyni vaxtda sidq-ürəklə ibadət edir. Bu, olduqca möhtəşəm səhnədir. Allah hər bir inanclı insana o müqədəs məkanı ziyarət etməyi nəsib etsin.

– Gəzdiyiniz ölkələrdə Azərbaycanımıza münasibət necədir?

– Münasibət əladır. Belə ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik xarici və daxili siyasəti, 2020-ci ilin payızında Qarabağda tarixi Zəfərimiz ölkəmizi, xaqımızı, həqiqətən, bütün dünyada çox məşhurlaşdırıb. Bunu müşahidə etmək çox qürurverici bir duyğudur! Şuşanın sıldırım qayalarına dırmaşaraq onu demək olar ki, əliyalın silahlarla azad edən xalq qəhrəman xalqdır.

Xarici ölkələrdə Qarabağdakı zəfərimizin səbəbləri barədə məndən tez-tez soruşurlar. O barədə danışanda sinəm qürurdan qabarır. Şanlı ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir!

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri