Icma.az
close
up
RU
Gəlməli, gəzməli, görməli...

Gəlməli, gəzməli, görməli...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda ölkəmizdə turizm mövsümünün ən qızğın vaxtıdır. Hər yerdə olduğu kimi, Azərbaycanda da texnologiyanın inkişafı, viza prosedurlarının rəqəmsallaşdırılması, istirahətin qeyri-adi formalarının yaranmasını şərtləndirib. Bəs, bu gün turizm “kaleydoskop”u necə görünür? Səyahət həvəskarlarını hansı yeniliklər cəlb edir?

İlk növbədə fərəhlə bildirək ki, ötən il COP29 kimi çox böyük beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın turizmini də dünyada tanıtdı. 2025-ci il isə işğaldan azad olunmuş ərazilərimizdə turizm potensialını daha da genişləndirmək üçün ciddi addımların atıldığı ildir. Paytaxtımızla bərabər, azad Qarabağ çoxsaylı beynəlxalq tədbirlər keçirilib ki, bu da həmin regionlarımızın da tanıdılmasında birbaşa rol oynayıb.

Azərbaycanın turizm potensiallı dilbər guşələri az deyil. İlk növbədə Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Qəbələ, Lənkəran–Astara, Quba–Qusar yada düşür. Paytaxtın İçərişəhəri, Qız qalası, Dənizkənarı Milli Parkı, Qobustan, “Atəşgah” məbədgahı, Yanardağ, Naxçıvanın Xan Sarayı, Duzdağı və Əshabi-Kəhfi, Gəmiqaya rəsmləri, Möminə xatun türbəsi, Batabat, Gəncə şəhərindəki Şah Abbas məscidi, məqbərələr, Göygöl, Maralgöl, Naftalan... Şəki Xan Sarayı, Lənkəran İstisuyu, Hirkan Parkı, uzunömürlülər diyarı Lerik, yurdumuza gələn qədim karvan yolları, İsmayıllıda Lahıc, Qəbələdə Nic, Qubada Xınalıq kəndləri, Qusarda Bazardüzü zirvəsi... saymaqla bitən deyil.

Ulu öndər Heydər Əliyev 27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman imzaladıqdan sonra bütün bu yerlərin kütləvi turizm məkanlarına çevrilməsi dinamik bir prosesə çevrilib. Prezident İlham Əliyevin 2022-ci il 18 fevral tarixində zamanın çağırışlarına uyğun olaraq imzaladığı daha təkmil qanun, eləcə də ötən il Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında verilən fərman sayəsində bu sahəyə diqqət daha da güclənib.

Təkcə ötən il Azərbaycana 196 ölkədən 2 milyon 626,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu göstərici əvvəlki illə müqayisədə 25,9 faiz artıb. Azərbaycandakı hotellər 1 milyon 354 min əcnəbi qəbul edib. “Premium” və “elit” turizmin əlavə bir komponenti sayılan əyləncə və oyun turizmi də bölgələrə xarici qonaqların axınını artırıb. Dinamika bu il daha da yüksəlib. Türkiyə, Rusiya, Hindistan, Avropa və ərəb ölkələri, MDB, o cümlədən Orta Asiya respublikaları, Çin, Cənubi Koreyadan olan müsafirlərin sayı daha çoxdur. Buna bir səbəb də Azərbaycanın turizm imkanlarının xaricdə silsilə tədbirlərlə tanıdılmasıdır.

Təbliğat və təşviqat turizm bazarını canlandıran mühüm vasitədir. Bugünlərdə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib. Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar. 2025-ci ilin I yarımilliyində qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Mütəxəssislərin qənaətincə, Azərbaycan turizmini inkişaf etdirmək üçün hər cür şərait var. Ekspert Rəhman Quliyev hələ ilin əvvəlində jurnalistlərə müsahibəsində bu barədə deyib: “Bizim bölgələrimiz bütün fəsillərdə turist qəbul etmək üçün böyük potensiala sahibdir. Bölgə turizmininin inkişafı üçün yeni konsept sürətlə həyata keçirilir, Burada ilkin şərt odur ki, otellər gündə 3 dəfə qidalanma sisteminə keçiblər. Dünya təcrübəsinə baxdıqda görürük ki, bu addım turist axınına ciddi təsir edir. Hansı ölkələrin otellərində bu konsept istifadə olunursa, turistlər bütün fəsillərdə həmin istiqamətlərdə səyahət edirlər. Yəni bu, daxili turizmi artırmaqla yanaşı, əcnəbi turistlərin də böyük marağına səbəb olur”.

Cənub bölgəsində müşahidəçisi olduğumuz vəziyyət də bunu təsdiqləyir. Masallıdakı “Fatimeyi-Zəhra” İstisu sanatoriyasında, Lerikdəki “Təbəssüm” istirahət mərkəzində, Təbiət qoynuna təşkil olunan 1, 2 və 3 günlük turlar da bu baxımdan qonaqların rahatlığı üçün əvəzsiz imkanlar yaradır.

Sumqayıt sakini Vahid Süleymanovun təəssüratı:

– Cənub bölgəsində 1 həftəlik istirahətdən srağagün qayıtmışam. Əvvəlcə Masallı və Yardımlıda təbiətin qoynunda dostlarla ürəyimizcə dincəldik. Sonra Xəzərsahili zonada – Lənkəran və Astarada olduq. Doğrudan da, fərəhləndik. İlk növbədə buraların cənnət guşələri göz-könül sevindirir. İkincisi, hotellərdə, kənar iaşə obyektlərində olan xidmət mədəniyyəti xeyli yüksəlib. Düzdür, qiymətlər bir qədər qalxıb, amma xidmətin səviyyəsi qaneedicidir. Deyə bilərəm ki, ən çox bəyəndiyim Lənkərandakı “Spring Hotel” bu regionun vizit kartlarından biri, sağlamlıq, rahatlıq və qonaqpərvərliyin ideal sintezidir. Ən əsası, burada xidmət seçimi imkanı var. Otel həm yerli, həm də xarici turistlərə yüksək səviyyəli xidmət və unudulmaz istirahət təcrübəsi sərgiləyir.

Onu da deyək ki, xarici qonaqlar Azərbaycan təamlarını da “bəh-bəh”lə həzm edir, ağızdolusu tərifləyirlər. Yerli mətbəxin dadını çıxarmaq üçün hər bölgənin özünəməxsus yeməkləri löyün-löyün, çeşid-çeşiddir. Məsələn, Qubanın kətəsi, Şəkinin pitisi, paxlavası və Lənkəranın ləvəngisi, Abşeronda Coratın qutabı yetərincə məşhurdur. “Əsl həzz bizimlə birgə” şüarlı turlar əsl nümunədir.

Bəli, Azərbaycanın əksər bölgələri təkrarolunmaz gözəlliklərə malikdir. Şimalın dağ mənzərələrindən cənubun subtropik iqliminə, qərbin tarixi irsindən şərqin vulkanlarına qədər hər kəs üçün maraqlı məkanlar var. Turizm obyektlərinin və xidmətlərinin coğrafiyasının genişlənməsi, keyfiyyətcə yeni mərhələyə daxil olması həm də yeni iş yerlərinin yaradılması ilə müşayiət olunur. Bütün bunlar son nəticədə Azərbaycanın daha yaxından tanıdılması, xalqımızın qonaqpərvərliyinin, sülhpərvərliyinin dünyada təşviqi baxımından böyük önəm daşıyır.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri