Icma.az
close
up
RU
“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA Vətəndaşların müraciəti niyə RƏDD edilir?

“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA Vətəndaşların müraciəti niyə RƏDD edilir?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni yaşayış massivləri, fərdi evlərin sayı artdıqca yeni qaz xətlərinin çəkilməsinə də ehtiyac yaranır.  Evlərə qaz çəkilməsi, istilik təchizatının təmin edilməsi müasir həyat şəraiti üçün çox vacibdir. Qazla isitmə sistemləri elektrikli sistemlərə nisbətən daha az enerji sərf edir. Bu, ev sahiblərinin həm xərcini azaldar, həm də təbiətə daha faydalı ola bilər.

Qeyd edək ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, “Azəriqaz”-ın yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir.

Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur

Vətəndaşın qaz xəttinin çəkilməsi üçün müraciəti qəbul olunmur...

Amma bu bəzən sakinlər üçün göründüyü qədər də asan olmur. Vətəndaş qaz xəttinin çəkilməsi üçün müraciət edir amma “yox” cavabı alır. Bəs qaz xətlərinin çəkilməsi ilə bağlı problemlərin, “get-gəl”lərin səbəbi nədir?

Yenisabah.az xəbər verir ki, bu suala “Azəriqaz” İB-dən cavab ala bilməsək də, podratçı şirkətlərdən Bizim.Media-ya bildirilib ki, fərdi evlərə qaz xətlərinin çəkilməsinin dayandırılmasına səbəb həmin ərazilərdə tikilən evlərin çıxarışsız olmasıdır. Buna qədər çıxarışsız fərdi evlər də qaz xətləri ilə təmin olunurdusa, 2023-cü il oktyabr ayının 1-dən paytaxt və ətraf qəsəbələrdə tikilən sənədsiz fərdi evlərin qaz təchizatı şəbəkələrinə qoşulması dayandırılıb.

Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə görə, tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

Qanuna əsasən vətəndaşlar fərdi qazlaşma ilə əlaqədar müraciət etdikdə ilk növbədə fərdi yaşayış evinin və ya tikilinin tikintiyə icazə sənədinin olmasına diqqət yetirməlidilər. “Fərdi yaşayış evinin mülkiyyət hüququ”nu təsdiq edən çıxarış varsa, o sənəd də qəbul ediləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri