Icma.az
close
up
RU
Qərbi Avropa çarəsiz durumda “Şərqə” boylanır...

Qərbi Avropa çarəsiz durumda “Şərqə” boylanır...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Ukrayna-Rusiya müharibəsinin bitməsi Aİ üçün hansı nəticələrə yol aça bilər?

Viktor Orban: Avropa İttifaqı uzduzub...

2022-ci ildən davam edən Ukrayna-Rusiya müharibəsi deyəsən “son fazaya” qədəm qoyur. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın məlum mövqeyi, inauqurasiyadan sonra məsələ ətrafında yeni reallıqların formalaşma ehtimalı eskalasiyanın sona çatacağı ilə bağlı fikirləri qətiləşdirir. Bu isə öz növbəsində onsuz da siyasi-iqtisadi dayaqları “çürümüş”, çətin günlərini yaşayan, qərarsızlıq mühitində qalmış Avropa İttifaqının vəziyyətini daha da acınacaqlı hala salır.

Vurğulamaq lazımdır ki, Ukrayna müharibəsi Avropa ilə bağlı bir sıra reallıqları üzə çıxırdı. Məlum oldu ki:

- “Köhnə qitə” özünün ümumi maraqlarını deyil, diktə olunan korporativ maraqların “əsirinə” çevrilib;

- Dildə təhlükəsiz cəmiyyət və ya müharibəsiz həyat şüarları irəli sürülsə də, Qərb (təxminən Avropanın mühüm hissəsi) dağıdıcı meyillərdən hələ də əl çəkməyib;

- Qərbin bəzi “liderləri” öz xalqının və ya dövlətinin gələcəyini açıq təhdid altında qoyur.

Bu tezisləri təsdiqləyən onlarla sübut var. Məsələn, 2022-ci ildən bu yana Avropanın “ümidsiz bir müharibə”nin girdabında özünün enerji təhükəsizliyini təhdid altına salması, iqtisadi sanksiya adı altında maraqlarının əksinə qərarlar verməsi, Bayden admin?strasiyasının oyunlarına alət olaraq hətta “nüvə müharibəsi ritorikası” irəli sürməsi “qoca qitə”nin qeyri-realist və praqmatik olmayan simasını bir daha nümayiş etdirmiş oldu.

Sülhə Qərb mane olub...

Məğlubiyyət faktı isə artıq etiraf edilir. İki ildən çoxdur özünün milli maraqlarını müdafiə etdiyi üçün hədəfə alınan Macarıstan Aİ-nin məğlubiyyətini elan edir və bunun detallı şəkildə izahını verir. “M1” televiziyasına müsahibəsində Baş nazir Viktor Orban Macarıstanın əminliyini vurğulayıb: “Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub, çünki Rusiya mövqeyini günü-gündən gücləndirir”.

O, Ukraynadakı vəziyyətdən danışarkən qeyd edib ki, ruslar döyüş meydanında tədricən irəliləyir: “Güclər balansı göz qabağındadır. Avropa İttifaqı bu müharibədə məğlub olub”.

Baş nazir Aİ-nin “kommunikasiya hiylələrinə” əl ataraq bunu inkar etməyə çalışdığını bildirib. Orbanın sözlərinə görə, siyasətçilər indi hər cür ünsiyyət hiylələrindən istifadə etməyə çalışırlar. Macarıstanın baş naziri onu da bildirib ki, 2022-ci ilin aprelində Rusiya və Ukrayna arasında sülh sazişi bağlamaq üçün cəmi “saatlar” qalırmış - lakin Qərbin müdaxiləsi nəticəsində bu razılaşma alınmayıb.

Xatırladaq ki, Macarıstanın baş naziri bu müsahibəsindən bir gün əvvəl ABŞ-ın yeni prezidenti Donald Trampın yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk 24 saat ərzində Ukrayna ilə bağlı bəzi qərarlar verə biləcəyini vurğulamışdı.

Dünənin iddiaçıları, bu günün müşahidəçiləri...

Bəli, artıq Aİ “cidanı çuvalda gizlədə” bilmir. Dünənə qədər Bayden administrasiyasının “kölgəsində” müharibənin miqyasını və xarakterini dəyişməyə çağırışlar edən bəzi Qərb dövlətləri “qınına” çəkilib, prosesləri izləyirlər. Maraqlıdır ki, Macarıstanı və onun kimi özünün milli maraqlarını düşünənləri “düşmən” adlandıran, “xəyanətkar” elan edən Aİ bu dəfə onların kölgəsinə sığınmağı planlaşdırır. Bəzi Qərb siyasətçiləri Trampın “yeni situasiya” vədinin ardından Moskva ilə “işgüzar” münasibətlərə keçid yolu axtaran Qərb dövlətlərinin Macarıstana “mesajlar” verdiyini deyir. Bildirilir ki, bir sıra dövlətlər məhz Budapeştin “köməyi” ilə özünü sığortalamağa çalışır.

Amma fakt ortadadır - yerləşdiyi regionun ümumi maraqlarını qrup maraqlarına satanlar açıq eniş xəttindədir. Dünənə qədər, meydan oxuyan Qərb dövlətlərinin əksəriyyəti həm iqtisadi, həm də siyasi böhranla üz-üzə qalıblar. Bu isə öz növbəsində təşkilat olaraq Aİ-nin funksionallığını itirməsinə yol aça bilər. Başqa sözlə, Rusiya-Ukrayna müharibəsinin nizamlanma prosesinə daxil olması Qərbin siyasi dairələri üçün “sonun başlanğıcına” çevrilmə ehtimalı yaradacaq. Onsuz da Aİ-nin beynəlxalq hüquq, haqq və ədalət prinsipləri ilə idarə olunmaması, korrupsiya və rüşvət hallarının kütləvi hal alması, fərqli dini baxışlara qarşı dözümsüzlük nümayişi öz sözünü deməkdədir - maraqlıdır ki, Qərb son 3 ildə daxili aurasında hətta xristianlığın fərqli qollarını belə radikal şəkildə ayrımçılığa məruz qoyub. Təsadüfi deyil ki, Fransada baş verən dini çəkişmələrin əsasında indiki dövrdə daha çox xristian məzhəbçilik iddiaları üzə çıxır. Hətta Aİ daxilində bu proses daha aydın şəkil almışdı - katolik inanc sahiblərinin provoslavlara qarşı apardıqları siyasət fikir ayrılığı ilə yanaşı, siyasi uçurum belə formalaşdırmışdı.

Aİ dağılmağa doğru yol alıb...

Nəticə etibarı ilə Aİ-nin özünün tərəfdaşlarının da iddia etdiyi kimi, “dağılmağa doğru irəliləyən yol” get-gedə qısalır. Xatırladaq ki, bir müddət öncə Slovakiyanın Baş naziri Robert Fitso da Avropa İttifaqının yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirmişdi. “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə Robert Fitso qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə etmişdi. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərə bilər. “Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, - deyə Fitso vurğulamışdı.

Beləliklə, Mərkəzi Avropada yaranacaq sülh Qərb üçün də yeni nizam anlamına gələ bilər. Bu reallıqlarda isə nəticənin ən azı simptonlarını əvvəlcədən müşahidə etmək mümkündür - Qərbi Avropa çarəsiz durumda üzü “Şərqə” tərəf boylanır...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri