Kürdəmirdə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə Kürdəmir rayonunda sosial-hüquqi aksiya təşkil olunub.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, dekabrın 17-də Milli Məclisin deputatı Əminə Ağazadənin təşəbbüsü və fərdi qaydada fəaliyyət göstərən Faiq Atabəyov və Vilayət Zeynalovun dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiya zamanı 10 vətəndaşın sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib.
Eyni zamanda qaldırılan bir sıra məsələlərin qanunvericilik çərçivəsində baxılması və müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydlər aparılıb.
-1 / 2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Dekabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















