Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də “Pro Bono” Vəkil Bürosu, "Mərkəz" Vəkil Bürosu, Bakı şəhəri 5 saylı Vəkil Bürosu, Bakı şəhəri 10 saylı Vəkil Bürosu, Bakı şəhəri 11 saylı Vəkil Bürosu, Bakı şəhəri 19 saylı Vəkil Bürosu, Bakı şəhəri 20 saylı Vəkil Bürosu, Gəncə Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.
Aksiyada vəkillər tərəfindən, ümumilikdə, 80 vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 27 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















