Yasamal rayonunda vətəndaşlara hüquqi yardım göstərilib FOTOLAR
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib. VK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın Yasamal Rayon Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
“Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















