Icma.az
close
up
RU
Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

Icma.az, Bakupost saytına istinadən bildirir.


Kürd müxalif qruplaşması PJAK İranın Kürdüstan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Qruplaşma hücumun bir kürd ailəsinin üç üzvünün həlak olmasına cavab olaraq təşkil edildiyini bildirib.

İran rəsmiləri də hərbi bazaya hücumun baş verdiyini təsdiqləyiblər. Amma onlar mülki şəxslərin deyil, silahlı döyüşçülərin öldüyünü iddia edirlər.

İraq və Suriyada olduğu kimi, xarici dairələr kürdlərdən İranda da uğurla (ən azından İraq və Suriyada olduğu səviyyəyə yaxın) istifadə edə bilərlərmi? Bu variant İran üçün də keçərli ola bilərmi?

Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, kürd silahlı qruplarından istifadə İrana qarşı mümkün təzyiq vasitələrindən biridir:

“Belə bir ssenari hər zaman müzakirə olunan variantlardan biri olub və gələcəkdə də gündəmdə qala bilər”.

Lakin konfliktoloq İraq və Suriyada kürd qüvvələrinin ortaya qoyduğu nəticələrin eyni şəkildə İranda təkrarlanması ehtimalının aşağı olduğu qənaətindədir:

“Bunun əsas səbəbi İranın dövlət institutlarının daha möhkəm olması, təhlükəsizlik və hərbi sisteminin daha güclü fəaliyyət göstərməsi, eləcə də əhalinin müəyyən hissəsinin ideoloji baxımdan digər ölkələrlə müqayisədə fərqli mövqedə olmasıdır.

Digər tərəfdən, İran daxilində mərkəzi hakimiyyətə qarşı kürd hərəkatları yeni hadisə deyil. Bu cür hərəkatlar onilliklərdir mövcuddur. Buna baxmayaraq, indiyədək onların heç biri ölkənin siyasi və ya hərbi balansını köklü şəkildə dəyişəcək nəticələr əldə edə bilməyib”.

Bununla belə, müsahibimiz hesab edir ki, xarici aktorların, xüsusilə də rəqib dövlətlərin, gələcəkdə də bu qruplardan müəyyən məqsədlər üçün istifadə etməyə çalışması ehtimalı kifayət qədər yüksək olaraq qalır.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri