KURİOZ: təyyarə yük maşınına çırpıldı
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikanın “United Airlines” aviaşirkətinə məxsus “Boeing 767-400” təyyarəsi Nyu-York şəhəri yaxınlığındakı Nyuark hava limanına yaxın ərazidə magistral yolda hərəkət edən yük maşınına və işıq dirəyinə çırpılıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sözçüsü bildirib. O qeyd edib ki, Venesiyadan Nyuarka uçan təyyarədə 221 sərnişin və 10 heyət üzvü olub. Təyyarə təhlükəsiz yerə eniş edib və göyərtədəki heç kim xəsarət almayıb.
Liman rəhbərliyi təyyarədə kiçik zədələnmənin müşahidə olunduğunu bildirib. Əlavə edilib ki, işçilər uçuş-enmə zolağında hər hansı bir dağıntı olub-olmadığını diqqətlə araşdırdıqdan sonra xidmət tez bir zamanda normal şəkildə bərpa olunub. Yük maşını sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya aparılıb, lakin tezliklə evə buraxılıb.
Bir neçə aviasiya veb saytına görə, təyyarə 2002-ci ilin may ayında istifadəyə verilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 04 May 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















