Icma.az
close
up
RU
“Kurort” QSC nin fəaliyyətindən narazılıqlar artır

“Kurort” QSC nin fəaliyyətindən narazılıqlar artır

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


İki gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən və “Kurort” QSC-nin idarəçiliyində olan “Bilgəh” Kardioloji Sanatoriyasındakı bədbəxt hadisə barədə məlumat vermişdik. Qeyd etmişdik ki, “Bilgəh” sanatoriyasının Təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov sanatoriyanın əsas korpuslarından birində aparılan təmir işlərinə nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
Reyting.az
-ın əldə etdiyi məlumata görə, 32 yaşlı İlkin Fərəcov liftin şaxtasına düşüb. Çünki həmin yerdə texniki təhlükəsizlik işləri qaydasında olmayıb.
Sanatoriyada baş vermiş hadisə “Kurort” QSC-nin Daxili Nəzarət və Audit Şöbəsinin fəaliyyətində ciddi boşluqların olduğunu göstərir. Təmir-tikinti işlərinin təhlükəsizlik standartlarına uyğun aparılmasına nəzarət edilməməsi, bu şöbənin öz funksional vəzifələrini icra etmədiyini ortaya qoyur. Belə laqeydlik isə insan həyatını təhlükə ilə üzləşdirir.
Məlumata görə, ağır xəsarətlər almış İ. Fərəcov hazırda Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində həyatı uğrunda mübarizə aparır, vəziyyəti kritikdir.
İ. Fərəcovun 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alması təsadüf yox, ciddi idarəetmə və təhlükəsizlik səhlənkarlığının nəticəsidir. QSC rəhbərliyi bu faktı onun guya ehtiyatsızlığı ilə izah etməyə çalışsa da, əslində o, təsərrüfat işlərinin gedişindəki nəzarətsizliyi aradan qaldırmaq məqsədilə "Abşeron" sanatoriyasından "Buzovna"ya, ordan isə "Bilgəh" sanatoriyasına təcili qaydada göndərilib. Bu isə onun əməyindən sui-istifadə və iş şəraitinə uyğun texniki təhlükəsizlik qaydalarının kobud pozulması deməkdir. Hüquq-mühafizə orqanları bu faktı ciddi araşdırmalı, texniki təhlükəsizlik üzrə məsul şəxslərin və qərarverici rəhbərliyin məsuliyyəti qiymətləndirilməlidir.
Xatırladaq ki, İ. Fərəcov əvvəllər “Abşeron” sanatoriyasında direktor müavini, “Buzovna” sanatoriyasında şöbə müdiri vəzifələrində çalışıb, təxminən iki ay öncə aparılan təmir- tikinti işlərinə nəzarət etmək üçün “Bilgəh” sanatoriyasına göndərilib. İ. Fərəcovun həmin sanatoriyaya QSC-nin baş direktoru Çingiz Hacıyev tərəfindən qeyri-rəsmi olaraq göndərilməsinə dair iddialar da səslənir.
Təmir-tikinti sağlamlıq bahasına başa gəlir
“Bilgəh” sanatoriyasında təmir-tikinti işləri pasiyentlərin daha çox müalicə üçün müraciət etdiyi bir vaxtda aparılır. Hazırda adıçəkilən ünvanda müalicə olunan şəxslər bildirirlər ki, sanatoriyada paralel olaraq həm pasiyentlər qəbul edilir, həm də təmir işləri görülür. Pasiyentlərdən bir neçəsi toz-torpaq, davamlı səs-küy və narahatlıq səbəbindən müalicəni yarımçıq qoyaraq sanatoriyanı tərk ediblər. Hətta Xalq artisti Tariyel Qasımovun da sanatoriyanı bu yaxınlarda vaxtından əvvəl tərk etdiyi bildirilir.
Oxşar vəziyyət hazırda “Kurort” QSC-nin tabeliyindəki “Abşeron” və “Günəşli” sanatoriyalarında da müşahidə olunur - müalicə dövründə aktiv təmir-tikinti işləri aparırlar.
Yemək, su və xidmətdən də narazılıq var
Pasiyentlərin iddiasına görə, sanatoriyada qida rasionu aşağıdır: yeməklərin əsas tərkibini Braziliyadan gətirilmiş donmuş ət, dadlandırıcı kimi isə “Knorr” və “Qalina Blanka” kimi zərərli əlavələr təşkil edir.
“Yeməklərin hazırlanmasında ucuz bitki yağlarından istifadə olunur. Üstəlik, içməli su problemi var. Sovet dövründən qalma paslı çənlərdə saxlanılan su və ya quyu sularının istifadəsi sanatoriya şəraitinə yaraşmır”,- bunu şikayətçilər sosial şəbəkələrdə yazır və ayrı-ayrı KİV-lərə müraciətlərində qeyd edirlər.
İddialara görə, “Şıx” sanatoriyasında da vəziyyət qənaətbəxş deyil: “Neft quyusundan çıxan plast sulardan termal su kimi vannalarda istifadə edirlər”.
Bildirilir ki, oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün yeni tikilən “Şəki” sanatoriyası, indiki “Buzovna” sanatoriyası demək olar, ginekoloji klinikaya çevrilibdir. Çünki sanatoriyanın rəhbərliyi həkim-ginekoloqlardan ibarətdir.
Kadr çatışmazlığı və maaş problemi
Sanatoriyalarda tibbi kadr çatışmazlığı müşahidə olunur. Aşağı əməkhaqqı səbəbindən təcrübəli tibbi personal kütləvi şəkildə işdən ayrılır. Bu da pasiyentlərin həyat və sağlamlığına təhlükə yaradır.
İşçilər əməkhaqqının, bonus və mükafatların düzgün hesablanmamasından da narazıdırlar. Hətta “Şıx” sanatoriyasında ilin əvvəlində məsələyə etirazlar olsa da, heç bir tədbir görülməyib. Üstəlik, tibbi personalın sanatoriyalarda pullu xidmətlərdən qazandığı vəsaitin “Kurort” QSC-nin aparatının saxlanılmasına yönəldiyi iddia olunur. Bildirilir ki, aparat saxlanmasına kifayət qədər vəsait tələb olunur. Hətta baş direktorun 3 müavini, 5 müşavirinin olduğu da verilən məlumatlar sırasındadır.
Sanatoriyalarda tibbi personalın və qida sahəsində çalışan işçilərin əməkhaqlarının artırılması birbaşa xidmət keyfiyyətinə təsir göstərər. Bu addım peşəkar kadrların saxlanılmasını, müalicə prosesinin effektivliyini və pasiyent məmnunluğunu təmin edər. Eyni zamanda, bu dəyişiklik sanatoriyaların nüfuzunu yüksəldər, şikayətləri azaldar və ictimai sağlamlığa müsbət təsir göstərər.
Məsuliyyət QSC rəhbərliyinin üzərindədir
Əvvəllər “Kurort” QSC-nin nəzdindəki sanatoriyalar MMC statusunda müstəqil fəaliyyət göstərsə də, ötən ildən etibarən onlar ləğv edilib. Hazırda onlar birbaşa QSC-nin tabeliyindədir və filial kimi fəaliyyət göstərirlər. Bu isə bütün məsuliyyəti QSC-nin hazırkı baş direktoru Çingiz Hacıyevin üzərinə qoyur. Filial direktorlarının demək olar, heç bir səlahiyyəti yoxdur.
Narazılar bildirirlər ki, ən yüksək vəzifəsi Naftalandakı SPA otellərdən birinin rəhbəri olmuş Çingiz Hacıyev «Kurort» QSC-ni normal idarə edə bilmir. O, vəzifəyə təsdiq olunan kimi, əvvəlcə öz yaxınlarını QSC-də işlə təmin edib. Naftalanda işlədiyi oteldən Fariz Hüseynovu QSC-də İnsan resursları şöbəsinə müdir, əvvəllər oteldə qeydiyyatçı işləmiş tibbi təhsili olmayan Gülgəz xanımı isə Müalicə işinin və əməliyyatların idarəolunması üzrə müdir təyin edib. Üstəlik, onlara xidməti avtomobillər də verilib. QSC-nin bir çox təcrübəli işçiləri isə yarıtmaz idarəçilik səbəbindən işdən ayrılıblar.
“Kurort” QSC əvvəllər cəmi 20 nəfərlik ştatla çalışsa da, bu qədər narazılıq olmayıb. İndi isə 100 nəfərdən çox ştatı olsa da, xidmət çox aşağıdır.
Bu qədər işçi arasında texniki təhlükəsizliyə nəzarət edən mütəxəssis isə demək olar ki, yoxdur. Bu sahədə lazımi iş aparılmadığı üçün “Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib. İlin əvvəlindən bu günədək sanatoriyanın ərazisində aparılan söküntülər zamanı iki halda yanğın hadisəsi qeydə alınıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alanlar olmayıb. Amma səriştəsiz kadrların təyinatı, texniki təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması müəyyən fəsadlara yol açır.
Sanatoriya ərazisində aparılan təmir-tikinti işləri vaxtı texniki təhlukəsizlik qaydalarına tam riayət olunması qanunvericiliyin tələbidir. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Məsul şəxslərin əmək mühafizəsini tam təmin edib-etmədiyi müəyyənləşəcək.
Təcrübəli mütəxəssislərlə vidalaşırlar
“Kurort” QSC-də bir sıra təcrübəli mütəxəssislərlə əməkdaşlığa son qoyulub. Uzun illərdir QSC-də çalışmış Tikinti və istismar şöbəsinin müdiri Afaq xanım da son dövrlərdə aparılan idarəçilik siyasəti nəticəsində işindən ayrılıb. Ötən ay QSC-nin baş direktorunun müavinlərindən biri və müşaviri də ərizələrini yazaraq işləri ilə vidalaşıblar.
İddialara görə, təcrübəsiz şəxslərin QSC-nin rəhbərliyinə gətirilməsi və daxili təkliflərin nəzərə alınmaması, peşəkar kadrların işdən ayrılmaq qərarı vermələrində əsas rol oynayır.
Prokurorluq araşdırma aparır
Bu il artıq ikinci dəfədir ki, hüquq-mühafizə orqanları “Bilgəh” sanatoriyasına müdaxilə edib. Hazırda sanatoriyanın sabiq baş həkimi Fuad Quliyev barəsində Sabunçu Rayon Prokurorluğunda rüşvət alma faktı ilə bağlı araşdırma aparılır. Çox güman ki, onun barəsində təqdim edilmiş çoxsaylı izahatlar və hüquqi sənədlər bu sanatoriyada illərlə davam edən korrupsiya və sui-istifadə hallarını ortaya çıxaracaqdır.
Göndərişlərlə bağlı problemlər yaranır
Vətəndaşlara göndərişlərin (putyovkaların) verilməsində bir çox problemlər var. Son zamanlar KİV-lərdə yayımlanmış məlumatlardan da göründüyü kimi, vətəndaşlar göndərişlərin əldə olunması üçün AHİK-nin «Kurort» Turizm İnformasiya Mərkəzi ilə əlaqə saxlaya bilmirlər.
Ölkə mətbuatı eyni göndərişin bir neçə nəfərə satılması barədə də məlumatlar yayır.
Qeyd olunan faktlar “Kurort” QSC-nin struktur və idarəetmə böhranı yaşadığına işarədir. Belə anlaşılır ki, sistemdə təcili islahatlara ehtiyac var. Mövcud vəziyyət sanatoriyalarda pasiyentlərin sağlamlığının və insan hüquqlarının təhlükə altında olmasını göstərir. AHİK rəhbərliyi və Çingiz Hacıyev bu məsuliyyətdən yayınmamalıdır.
Sanatoriya spa-otel deyil!
Sonda onu da qeyd edək ki, “Kurort” QSC-nin hazırkı rəhbəri Çingiz Hacıyev və onun aparatı klassik kurort və müalicəvi sanatoriya sistemini sanki qəsdən spa-otel formatına çevirməyə çalışırlar. Halbuki sanatoriyalar profilaktik və terapevtik müalicə müəssisəsidir, burada sağlamlıq turizminin əsas məqsədi tibbi-reabilitasiya olmalıdır. Təəssüf ki, yanlış yanaşma sanatoriyaların əsas funksiyasını kölgəyə salır, oradakı pasiyentlərin ehtiyaclarını və hüquqlarını pozur.
V. QULİYEV
P.S. Yuxarıda qeyd edilən problemlərlə bağlı AHİK rəhbərinə sorğu vermişik. Təkrar əlaqə saxlasaq da, sorğumuzun cavabı ləngiyir. Amma cavab veriləcəyinə inanırıq. Buna paralel olaraq “Kurort” QSC-nin də mövqeyinə hörmətlə yanaşır və Çingiz Hacıyevin fikirlərinə yer ayırmağa hazırıq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri