Icma.az
close
up
RU
Yeni normallıq: Məzarlıqda kurort...

Yeni normallıq: Məzarlıqda kurort...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Gələcəyin Qəzzasında çox şey olacaq - nəhəng tikililər, "ağıllı evlər”, elektromobil zavodları, çimərliklər, kurortlar. Yalnız fələstinlilər olmayacaq. Onlar qanları ilə suvarılmış, başdan başa əzizlərinin məzarları ilə örtülmüş torpaqlarında yaşamaq hüququndan məhrum ediləcəklər.

ABŞ və İsrailin birgə planında fələstinlilərdən "təmizlənmiş” Qəzza nəzərdə tutulur. Bu planın müddəalarını "Vaşinqton post” qəzeti dərc edib. Əlbəttə, jürnalist planın mətnini təsadüfən yolda tapmayıb, yaxud redaksiyada yeni Culian Assanjın peyda olması nonsensdir. Yəni, planla bağlı məlumatlar qəzetə böyük ehtimalla Tramp administrasiyası tərəfindən qəsdən sızdırılıb. Bununla da Vaşinqton BMT Baş Assambleyasında baş tutacaq Qəzza müzakirələrində hansı mövqeni tutacağını "rəqiblər”inə çatdırmağa çalışıb. Plan isə dağıntılar və məzarlıqlardan ibarət olan Qəzzanın yeni, bahalı biznes-layihənin hədəfi olduğunu ortaya qoyur. Növbəti dəfə müharibə müasir kapitalizmin etik prinsiplərinin hansı kor dalana dirəndiyini illüstrasiya edir. 

Daha heç nəyi gizlətmirlər. Estetlər və ürəyi zətflər üçün hansısa kamuflyaj, imitasiya və şoular da nəzərdə tutulmur. Keçmişdə rejimlər reallığı pərdələmək üçün hansısa tryuklara gedirdilər. İndiki kapitaliizm mahiyyətini gizlətməyə ehtiyac duymur.

Əslində yeni Qəzza planı 1930-cu illərdəki nasist Almaniyasının yəhudilərlə bağlı "birdəfəlik həll” planının müasir versiyasıdır. Fərq oqdadır ki, hətta Hitler və Göbbels belə dəhşətli cinayətlərini reklam etməkdən qaçırdılar.

Bizim dövrümüz üçün yazıçı və Sol intellektual Eduardo Qaleanonun cümlələri xarakterikdir: "Biz yas mərasiminin ölüdən, toyun sevgidən, ağıllı görünməyın ağlın özündən daha əhəmiyyətli sayıldığı dünyada yaşayırıq. Bu günün mədəniyyətində örtük mahiyyətə nifrət edir".

"Fələstinlilərsiz Qəzza” layihəsini ortaya atanlar öz antihumanizmlərini əsaslandırmaq üçün elə kannibal arqumentlərə əl atırlar ki, düşünmək qabiliyyətini hələ qoruyub saxlaya bilənlərə  yalnız Viktor Tsoyün diaqnozunu təkrarlamaq qalır: "Xəstəyik hamımız, ana”. Tənqidi düşüncə və məntiq isə günü gündən nadir sərvətə çevrilir.

Beləliklə, tamamilə dağıdılmış Qəzzanı Yaxın Şərqin Rivyerasına çevirəcəklər. Bunun üçün yaxın 10 ildə Qəzza ABŞ-ın nəzarətinə veriləcək və sərmayə cəlb ediləcək. Ancaq əvvəlcə Qəzzanın 2 milyonluq əhalisi bölgədən çıxarılmalıdır. Bu "könüllü köç”ə nail olmaq biznes üçün texniki məsələdir. Bölgəni tərk edən hər fələstinliyə 5 min dollar və 4 illik kirayə üçün subsidiyalar veriləcək. Gələcəkdə geri qayıtmaq istəyənlər "süni intellektli ağıllı şəhərlər”də yerləşdiriləcək. Halbuki planı tərtib edənlər yaxşı anlayırlar: qayıdanlar olduqca az olacaq, onlar üçün müxtəlif hüquqi, iqtisadi, bürokratik əngəllər yaratmaq isə çox asan işdir.  Təl-Əviv artıq Qəzza əhalisini yerləşdirmək üçün bir neçə dövlətlə danışıqlar aparır. Söhbət Liviya, Efiopiya, Cənübi Sudan, İndoneziya və Somalilenddən gedir.

Tramp hələ fevralda sosial şəbəkədə süni intellektin məhsulu olan video paylaşmışdı - o və Netanyahu Qəzza sahilində gün vannası qəbul edir. 

"Mən Qəzzanın fotolarına baxdım. O, nəhəng söküntü meydançasına bənzəyir”, - bunu isə Tramp jurnalistlərə inauqurasiyasından iki gün sonra demişdi. O vaxtdan bəri Qəzzada dağıntıların miqyası artaraq 100 faizə çatıb. Deməli, orada insanların yaşaması da tamamilə mümkünsüz olub.

"Qəzzanı fərqli  üsulla bərpa etmək lazımdır. Yaxın Şərqin Rivyerası - bu, çox möhtəşəm olacaq” - bu da Trampın sözləridir. 

Yalnız bircə dəqiqləşdirmə - həmin  Rivyerada fələstinlilərə yer olmayacaq. Bu cür "təmizləmə əməliyyatı” investorları da təmin edir. "Vaşinqton post"un məlumatına görə, cəmisi 10 il sonra investorlar dörd qat gəlir götürə biləcək. Bir sözlə, 2 milyon fələstinlinin qovulmasına xərclənən pullar az vaxtda qazanc gətirəcək. Nə olsun ki bu genosiddir, əsas odur ki, layihə kapitalizmin necə işlək sistem olduğunu təsdiqləyəcək. O ki qaldı fələstinlilərə, onlar sadəcə bazar iqtisadiyyatına uyğun gəlmədilər və Sistemin əzib keçdiyi saysız-hesabsız insanların sayının 2 milyon nəfər də artması istismar dünyası üçün əhəmiyyətsiz məsələdir. 

Əslində, Sistem həmişə bu cür hərəkət edib. Sadəcə bu dəfə heç bir kamuflyaja ehtiyac duymur.

Qəzza ilə bağlı planın "Vaşinqton post”da məhz indi peyda olmasının bir səbəbi də var: "Böyük 7-lik”dəki üç dövlət - Fransa, Böyük Britaniya və Kanada Fələstin dövlətini tanıyacaqlarının anonsunu veriblər. Bunun sentyabrın sonlarında BMT Baş Assambleyasında baş verəcəyi gözlənilir. ABŞ və İsrail isə özlərinin Qəzza meqaproyekti ilə buna yol verməyəcəklərini elan etmiş olur. Yəni elə görünür ki, hazırda Qərbdə əsas qarşıdurma daha ənənəvi olaraq Solçülarla sağçılar arasında yox, ultrasağlarla  neoliberallar arasında yaşanır. Halbuki onlar eyni medalın iki üzüdür və birlikdə vəhdət təşkil edirlər. Fərqləri isə olsa-olsa ümidsiz, qorxudulmuş və dezoriyentasiya içərisində olan bəşəriyyətə təklif etdikləri antihumanizm reseptlərinin detallarındadır.

... 1965-ci ildəki İndoneziya genosidi haqqında "Qətl aktı” sənədli filmini çəkmiş rejissor Coşüa Oppenhaymer müsahibələrindən birində 2013-cü ildə Bali adasında baş vermiş böyük qasırğanı xatırlayır. Qasırğa beşulduzlu otelin yaxınlığındakı çimərliyin bir hissəsini yuyub aparır. Turistlər çimərliyə dönəndə orada çoxlu insan sümükləri görürlər. Elə hesab edirlər ki, bu, hansısa çox qədim məzarlıqdır. Sonra məlum olur – burada 1965-ci ildə qətlə yetirilən kommunistlərin toplu məzarlığı yerləşir. 

"Bu hadisə mənim filmimin finalı ilə çox oxşardır – oradakı səhnədə cəllad Anvarın fikrincə genosidin qurbanları onu guya Vətən uğrunda səylərinə görə medalla təltif etməlidirlər. Baxırsan ki, tropik cənnətdir, əslində isə əsl cəhənnəmdir”, - Opperhaymer deyir.

"Yaxın Şərqin Rivyerası” da məzmununa görə cəhənnəm olaraq qalacaq...

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri