Kürşad Zorlu: “Qarabağ”ın qələbəsi zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir
Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 17 sentyabr, Günel Karatepe, AZƏRTAC
“Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”-nı məğlub etdi. Bu, “Qarabağ”ın Çempionlar liqasındakı ilk qələbəsini idi. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir”.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun sosial medai hesabındakı paylaşımında yer alır.
“Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəlinib! Qürurvericidir! Səmimiyyətlə təbrik edirəm”- deyə bildirən Zorlu Ağdamda çəkdiyi videokadrları paylaşımına əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















