Icma.az
close
up
RU
Статья не опубликована
Kursk Hücumu: Ukraynanın Riskli Planı və Rusiyanın cavabı Ekspertin şərhi

Kursk Hücumu: Ukraynanın Riskli Planı və Rusiyanın cavabı Ekspertin şərhi

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ümumiyyətlə, uzun müddət idi ki, Kursk istiqamətində şiddətli döyüşlər gedirdi. Bu, heç də təsadüfi deyildi. Ukraynanın Rusiya ərazisinə müdaxilə etməklə müəyyən məqsədlərə çatmaq niyyəti var idi. Əsas məqsəd müharibənin ağrı-acısını birbaşa Rusiya ərazisinə daşımaq, bununla da Rusiya xalqı ilə hakimiyyəti üz-üzə qoymaq idi. Çünki müharibə Rusiya ərazisinə keçməyənə qədər xalq bu münaqişənin real çətinliklərini dərin şəkildə hiss etmirdi. Ukrayna isə bu strategiya ilə müəyyən mənada məqsədinə nail oldu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov Prezident Vladimir Putinə məruzəsində bildirib ki, “Şimal” qoşun qruplaşması Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin müdaxilə etdiyi rayonların azad olunması məqsədilə hücum əməliyyatları həyata keçirir. Onun sözlərinə görə, hücum əməliyyatları nəticəsində vilayətin müdaxilə edilmiş hissəsinin 99,5 faizi – 1 260 kvadrat kilometr ərazi azad olunub. Hazırda döyüş əməliyyatları yalnız iki istiqamətdə – Oleşnya və Qornal yaşayış məntəqələri ərazisində davam edir. Hər iki məntəqə birbaşa Ukrayna ilə sərhəddə yerləşir.

Siyasi şərhçi bildirib ki, Kurskda döyüşlər davam edərkən Ukrayna diqqəti bu cəbhəyə yönəltməklə paralel olaraq digər istiqamətlərdə, xüsusilə də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində fəallığını artırmışdı.

“Bu, Ukraynanın hərbi taktikası idi: Rusiya ərazisinə müdaxilə etməklə düşmənin diqqətini yayındırmaq və əsas qüvvələrini cəmlədiyi bir məntəqədə üstünlük əldə edərək digər bölgələrdə irəliləmək. Kursk Rusiya üçün prioritet idi və orada ciddi şəkildə hərbi qüvvə toplanmışdı. Bundan əlavə, Ukraynanın Kurska daxil olması, gələcək danışıqlarda ərazi mübadiləsinə nail olmaq məqsədi daşıyırdı. Bu gün Rusiyanın Ukraynanı Kurskdan çıxarması artıq gözlənilən idi. Rusiya həm canlı qüvvə, həm də texnika baxımından üstünlüyə malikdir. Üstəlik, son vaxtlar Şimali Koreya və Çindən hərbi dəstək aldığına dair faktlar mövcuddur. Hərb qanunlarına görə, hücum edən tərəf həmişə daha çətin vəziyyətdə olur. Ukraynanın Kurska hücum etməsi də bu baxımdan böyük risk idi və orada möhkəmlənməsi asan deyildi. Bəs niyə Rusiya məhz indi Ukraynanı Kurskdan çıxardı? Fikrimcə, bu da təsadüfi deyil. Rusiya anlayır ki, danışıqlar mərhələsi yaxınlaşır və o, ərazi mübadiləsinə getmək istəmir. Bu səbəbdən bütün gücünü səfərbər edərək Ukraynanı Kurskdan çıxardı və onun danışıqlarda istifadə edə biləcəyi yeganə “kozır”ı əlindən aldı”.

Sonda siyasi şərhçi vurğulayıb ki, Ukrayna bu məğlubiyyətlə kifayətlənməyəcək:

“Böyük ehtimalla, müxtəlif formalarda yenidən Rusiya ərazisinə müdaxilə etməyə, orada xüsusi əməliyyatlar keçirməyə çalışacaq. Artıq bu istiqamətdə məlumatlar mövcuddur. Eyni zamanda, Ukrayna bu cür addımlarla danışıqlar prosesini çətinləşdirmək və mümkünsə, qarşısını almaq niyyətindədir. Bu fəaliyyətlərin də Avropanın dəstəyi ilə aparılması ehtimalı böyükdür. Hazırda danışıqlar prosesi nə Avropa, nə də Ukrayna üçün sərfəlidir. Avropa başa düşür ki, müharibə dayansa belə, Rusiya təhdidi qonşu Avropa ölkələri üçün yenidən ortaya çıxa bilər. Ukrayna üçün isə sülh danışıqları ərazi itkiləri deməkdir. Bu da Prezident Volodimir Zelenskinin siyasi gələcəyini ciddi təhlükə altına ala bilər. Belə bir ssenaridə xalq onu bağışlamayacaq. Ona görə də Zelenskinin hakimiyyətdə qalması, böyük ölçüdə müharibənin davam etməsinə bağlıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri