Icma.az
close
up
RU
Qızılın qiyməti kəskin düşəcək? İqtisadçı ekspertin şərhi

Qızılın qiyməti kəskin düşəcək? İqtisadçı ekspertin şərhi

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Qızılın qiymətinin bundan sonra kəskin düşəcəyini gözləmirəm. Ona görə ki, qızıl hazırda qeyri-müəyyənlik dövründə ehtiyat aktivi hesab olunur".

Ölkə.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli dünya bazarında qızılın qiymətinin enməsinə münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, qiymətlərin düşməsi investorların pullarını nağdlaşdırma fonunda baş verib:

"Qızıl bu ildən etibarlı investisiya aləti hesab olunur, ona görə də onun qiymətinin kəskin düşməsinə inanmıram. Qızılın qiyməti həddən artıq yüksəlmişdi. Çünkü son həftələrdə baş verən proseslər ilin əvvəlində nəzərdə tutulan senari deyil. Ona görə də reytinq agentlikləri proqnozlarına yenidən baxacaq".

Xalid Kərimlinin sözlərinə görə, qızılın bundan sonra da artım potensialı var:

"Amma məsələ burasındadır ki, birjalar kəskin düşür, bir sıra  iri şirkətlər dəyər itirir. İndi investorlar fikirləşir ki, proses davamlı deyil, bir müddətdən sonra yüksəlmə baş verə bilər. Odur ki, investorlar böhran vaxtı "nağd pul kraldır” deyimini öndə tuturlar".

Ekspert gümüşün qiymətinin daha çox düşməsinə də münasibət bildirib:

"Çünki gümüş həm də sənaye əhəmiyyətlidir. Gümüş həm yığım vasitəsidir, amma eyni zamanda da sənayedə geniş istifadə olunur. Sənayedə düşmə olmanda gümüşün qiyməti daha sürətlə enir".

Qeyd edək ki, ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb. Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına enib. Qızılın əvvəlki qiyməti isə 3 125,6 dollar təşkil etmişdi. Qızılın spot qiyməti isə unsiya üzrə 77,1 dollar və ya 2,47% azalaraq 3,038.24 dollara enib.

Bundan əlavə gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 8,57% və ya 2,74 dollar azalaraq 29.23 ABŞ dollarına bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see312

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see186

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see180

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see168

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see163

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see157

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see141

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see133

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see132

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see130

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see129

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see125

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see125

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see124

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see120

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri