Icma.az
close
up
RU
“Kurtlar Vadisi”nin aktyoru: “Mənim kimi ömrünü sənətə həsr edənlərə imkan vermirlər ” MÜSAHİBƏ

“Kurtlar Vadisi”nin aktyoru: “Mənim kimi ömrünü sənətə həsr edənlərə imkan vermirlər ” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

15 yanvarda Türkiyənin əfsanəvi serialı “Kurtlar Vadisi”nin yayımlanmağa başlamasının 22 ili tamam oldu. 

Sözügedən lahiyənin bitməsinin üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də izlənilir. Bu gün belə sosial şəbəkələrdə mütəmadi şəkildə “Kurtlar Vadisi”nin səhnələrini görürük. Bütün bunlar əfsanəvi layihənin necə sevildiyini göstərir. Üstəlik, “Kurtlar Vadisi”ndə çəkilən məşhurların əksəriyyəti indi də öz adları ilə deyil, serialdakı obrazlarının adları ilə tanınırlar. 

Ona görə də “Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsində bu həftə “Kurtlar Vadisi”ndən danışacağıq. Qonağımız “Kurtlar Vadisi”nin unudulmaz obrazlarından “Yahya rəis”ə həyat verən məşhur aktyor Yaşar Karakulakdır. Onunla “Kurtlar Vadisi” barədə bilinməyənləri danışdıq. Həmçinin, ustad sənətçi ilə söhbət zamanı karyerası ilə bağlı maraqlı məqamlar və son günlərdə Türkiyənin serial sektoru haqqında səsləndirilən iddiaları müzakirə etdik.

- Yaşar bəy, əfsanəvi “Kurtlar Vadisi” serialında canlandırdığınız “Yahya rəis” obrazı illər keçsə də, unudulmur. Həmin layihənin sevilən aktyorlarının seriala necə qatıldıqlarını açıqlamaları isə hər zaman diqqət çəkir. Maraqlıdır, “Kurtlar Vadisi” təklifi sizə necə gəlmişdi?

- Bir gecə kast direktoru Latif Akgedik mənə zəng etdi. O, yeni bir iş təklifi olduğunu, telefonumu söndürməməyimi və zəngini gözləməyimi istədi. Mən də o zaman ata olmağa hazırlaşırdım. Buna görə də onun sözləri məni çox həyəcanlandırdı və gözlərimə yuxu getmədi. Gecəyə qədər gözlədim, təxminən 01:30-da zəng etdi və məni şəhəri gün çəkiliş meydançasına çağırdı. 

Mən həmin dönəm “Kurtlar Vadisi”ni izləmirdim və haqqında çox məlumatım yox idi. Lakin deyilən məkana getdim, orada saçlarımı kəsdirdilər, sonra isə ssenarini oxudum. Bir çox müəllimimi və dostlarımı çəkiliş meydançasında gördüm. Heyətdə çox sayda ustad sənətçilər var idi. Xüsusilə, İstemi Betili (“Laz Ziya”) görəndə şoka düşdüm. Elə həmin gün “Kurtlar Vadisi”nə çəkilməyə başladım. Yəni çox xoş oldu. Sanki uşaq bərəkəti ilə birlikdə gəldi. 

- Bu il “Kurtlar Vadisi”nin başlamasından 22 il ötür. Lakin aradan uzun illər keçməsinə baxmayaraq, “Kurtlar Vadisi” hələ də izlənilir. Siz heyətə qatıldığınız zaman serialın bu qədər seviləcəyini və əfsanəyə çevriləcəyini gözləyirdiniz?

- Xeyr, bu qədər seviləcəyini gözləmirdim. Çünki “Kurtlar Vadisi” haqqında çox məlumatım yox idi. Hətta təklifdən 1-2 gün əvvəl İstanbulun Bəyoğlu rayonunun Cihangir səmtində səsləndirmə studiyasına gedərkən “Süleyman Çakır”ın “cənazəsi”nin Ortaköy Məscidində qılınacağı barədə elanı gördüm. O zaman təəccübləndim və ““Çakır” Ortaköydə məşhur adam idisə, mən niyə tanımırdım” dedim. Lakin bundan 2 gün sonra “Kurtlar Vadisi”nə çəkilməyə başladım. Yəni belə maraqlı bir təsadüf də oldu. Əslində, “Kurtlar Vadisi”nin belə fenomen bir layihəyə çevriləcəyinin fərqində belə deyildim. 

- Sizin oynadığınız “Yahya rəis” obrazı da həqiqətən unudulmazlardan oldu. Uzun illər keçməsinə rəğmən, hələ də “Yahya rəis” olaraq xatırlanmaq necə bir hissdir? 

- Həqiqətən çox təəccüblənirəm. 20 il sonra belə insanların ağlında qala bilirik. İndiki dövrdə sosial şəbəkələrdə “Kurtlar Vadisi”nin səhnələri paylaşılır. Üstəlik, serialı sonradan izləyən insanlar da var. Lakin mənim üçün “Yahya rəis” obrazı artıq 20 il geridə qalıb.

Yəni 20 il öncə çəkildiyim bir rolun indiyə qədər unudulmaması bəzən mənə qəribə gəlir. Lakin normal da qarşılayıram. İnsanların yaddaşında qalmaq möhtəşəm hissdir. Bu, insanı xoşbəxt edir və qürurlandırır. 

- “Kurtlar Vadisi”ndə bu qədər sevilən obrazı nə üçün daha sonra çəkilən “Kurtlar Vadisi Pusu” serialında görmədik?

- Əslində, “Kurtlar Vadisi”ndə isə “Yahya rəis” obrazı isə ölmədi, həbs olundu. Məndən onun aqibətini soruşanlara hələ də həbsxanada olduğunu deyirəm. Niyəsə axıra kimi çıxarmadılar. “Kurtlar Vadisi Pusu”dan nə üçün təklif almadığımla isə maraqlanmıram. Çünki bu, tamamilə layihənin yaradıcıları və ssenaristlərin verdiyi qərardır. Mən təklif də gözləmirdim, amma o dönəm işsiz olduğum üçün təklif gəlməsi yaxşı olardı. Fəqət daha sonra “Köprü” adlı seriala çəkildim. 

- O dönəm Osman Sınavın ərsəyə gətirdiyi “Kurtlar Vadisi”ndən anidən ayrılması böyük şok effekti yaratdı. Nə qədər maraqlı olsa da, onun nə üçün bu addımı atdığı indiyə kimi bilinmir. Osman Sınav heç vaxt bu barədə danışmayıb. Hətta onun layihədən ayrılması indiyə kimi “Kurtlar Vadisi” ilə bağlı ən böyük müəmmalardan biri olaraq qəbul edilir. Bu unudulmaz layihədə yer alan bir sənətkar olaraq sizin fikirləriniz də çox önəmlidir. Sizcə, Osman Sınav kimi böyük bir rejissor öz yaratdığı serialdan nə üçün ayrıldı?

- Mən aktyor heyətinin Osman Sınavın “Kurtlar Vadisi”ndən nə üçün ayrıldığını bildiyini zənn etmirəm. Bu, tamamilə Osman Sınavla ssenaristlərin arasında olan məsələdir. Nə baş verdiyini mən də bilmirəm. Sadəcə məntiqlə düşünürək nələrsə fərz etmək olar. Bəlkə də ssenaristlər özləri müstəqil şəkildə çalışmaq istədilər. Lakin konkret olaraq nə baş verdiyini bilmirik, bu barədə heç kim danışmır. Sadəcə bəzi şəxslərin təxminlərini eşidirik, amma kimsə həqiqəti demir. Çünki tərəflər bu barədə danışmaq istəmirlər.Görünür, bu məsələ müəamma olaraq qalacaq. 

- “Kurtlar Vadisi”ndə rol almış aktyorların çoxunu hazırda “Teşkilat”da izləyirik. İzləyicilər nə üçün “Yayha rəis”ə həyat vermiş Yaşar Karakulakın “Teşkilat”da çəkilmədiyini soruşurlar. Maraqlıdır, sizə belə bir təklif gəlmişdi?

- İndiyə kimi “Teşkilat”dan təklif almamışam. Nə üçün 44 ildir aktyorluq edən adamı axtarmadıqlarını anlaya bilmirəm. Lakin “Teşkilat”dan kimsə mənə təklif verməyib. Nə üçün olmadığı mənə də maraqlıdır. Əgər təklif versələr, qəbul edərəm. 

- “Kaçak” serialı barədə də hamıya maraqlı olan bir məsələ var. O da yayımlandığı dönəmə damğa vuran ekran işi idi. Həmin layihədə “Kurtlar Vadisi”ndə rol alan bir çox aktyor kimi sizi də görmüşdük. Hətta sözügedən ekran işini yeni “Kurtlar Vadisi” adlandırırdılar. Düzdür, “Kaçak”da çox az çəkildiniz, amma fikirləriniz maraqlıdır. Bu qədər iddialı şəkildə başlayan “Kaçak” serialı nə üçün anidən bitirildi? Ssenarinin tükəndiyi iddiaları doğrudur?

- Məncə, “Kaçak” serialının bitməsi tamamilə reytinqlərlə bağlı idi. Çünki son bölümləri yüksək reytinq toplaya bilmirdi. Ssenarininin tükəndiyi kimi iddiaların isə həqiqəti əks etdirdiyini düşünmürəm. Çünki telekanal serialdan gözlədiyi reklam qazancını əldə edə bilməyəndə final qərarı verir. “Kaçak” da bu səbəbdən final etdi. 

- Son günlər Türkiyənin serial sektoru ilə bağlı çox ciddi iddialar yayılıb. Belə ki, bəzi prodüserlərin sadəcə müəyyən aktyorlar və aktrisalarla çalışdığı deyilir. Seriallarda davamlı olaraq eyni simaların çəkilməsi müzakirə mövzusuna çevrilib. Bu iddialar doğrudur?

- Bu sahədə həqiqətən bir çox problem var. Sanki bəziləri həyat tərzlərinə uyğun olmayanlarla çalışmaq istəmirlər. Deməli, mənim də həyat tərzim kimlərəsə uyğun deyil. Mən də təkliflərin gəlməməsini anlamıram. Mənim kimi aktyorlara gənclik illərində şans vermədilər.  “Kurtlar Vadisi”nə 2 il çəkildim, ancaq başqa seriallarda uzunmüddətli rollar oynamadım. Sadəcə kiçik rollar təklif edirlər.

Niyəsə ən üst səviyyədə olan rollarla bağlı təkliflər ala bilmirəm. Böyük ehtimalla, sadəcə müəyyən məşhurların qabağa çəkildiyi bir sistem var. Düşünürəm ki, bizim kimi aktyorlar  ora daxil ola bilmir. Gələcəkdə sektorda nələrin baş verəcəyi və bu monopoliyanın aradan qalxa biləcəyini düşünmək istəyirəm.  Ancaq indidən bu məsələ ilə bağlı nəsə demək çox çətindir. 

- Biz də sizin kimi əfsanəvi sənətçiləri ekranlarda görmək istəyirik, lakin ancaq eyni simalar seriallara çəkilir... 

- Əslində, gündəmdə olan məşhurlar ciddi piar kampaniyası aparırlar. Məhz bu piar çalışması sayəsində hər şey yönləndirilir. Lakin biz piar kampaniyası aparmırıq. Bir piar çalışması aparmaq üçün hər ay 100 min lirə pul xərcləməliyik. İndiki sistem 2-3 nəfər tərəfindən idarə olunur. Onlar da davamlı şəkildə 100-150 məşhuru seriallara çəkirlər. Lakin mənim kimi ömrünü bu sənətə həsr etmiş insanlara imkan vermirlər. Çox parlaq işlərdən təklif almağımızın qarşısını kəsirlər. Ona görə də onların qurduqları sistemlərdə biz yoxuq. 

- Bu səbəbə görə sizi son illərdə seriallarda çox qısamüddətli rollarda görürük?

- Görünür, bu sahədə monopoliya olduğu üçün məni çəkməyi düşünmürlər. Üstəlik, rejissorların və ssenaristlərin çoxu bizim kimi aktyorları tanımırlar. Tanımaq üçün də hansısa cəhd göstərmirlər. Əsl səbəb isə mencerlərin və prodüserlərin bəlli bir “hovuz sistemi”ndə hərəkət etmələridir. Yəni seriallara ancaq müəyyən insanları çəkilirlər. 

Əslində, mənim indiyə kimi pis işim olmayıb. Kimsə çəkildiyim rollar pis oynadığımı da deməyib. Ona rəğmən, hələ də mənə kiçik obrazlar təklif verirlər. Səbəbini mən də bilmirəm, amma bunu monopoliya ilə əlaqələndirirəm. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri