Kurtua dünyanın ən yaxşısı seçildi
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
”The Athletic” nəşri hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qapıçısının reytinqini tərtib edib.
Futbolpress.az xəbər verir ki, reytinq hazırlanarkən qapıçıların elit səviyyədə çıxış etdikləri müddət, sabitlikləri və oyuna təsirləri əsas götürülüb.
Məhz bu uzunmüddətli meyarlara görə təkcə bu mövsüm parlayan bir çox qapıçı siyahıdan kənarda qalıb.
Siyahının ilk pilləsində “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua qərarlaşıb.
Ümumi sıralama isə belədir:
1. Tibo Kurtua (“Real Madrid” / Belçika)
2. Canluici Donnarumma (“Mançester Siti” / İtaliya)
3. Alisson (“Liverpul” / Braziliya)
4. Manuel Noyer (“Bavariya” / Almaniya)
5. Mayk Menyan (“Milan” / Fransa)
6. Emiliano Martines (“Aston Villa” / Argentina)
7. David Raya (“Arsenal” / İspaniya)
8. Yan Oblak (“Atletiko Madrid” / Sloveniya)
9. Xoan Qarsiya (“Barselona” / İspaniya)
10. Qreqor Kobel (“Borussiya Dortmund” / İsveçrə)
11. Cordan Pikford (“Everton” / İngiltərə)
12. Yan Sommer (“İnter” / İsveçrə)
13. Unai Simon (“Atletik Bilbao” / İspaniya)
14. Dioqu Koşta (“Portu” / Portuqaliya)
15. Ederson (“Fənərbağça” / Braziliya)
Baxış sayı:187
Bu xəbər 14 Aprel 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















