Icma.az
close
up
RU
Kütləvi edamlar rejimin aqoniya halının sübutudur ŞƏRH

Kütləvi edamlar rejimin aqoniya halının sübutudur ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

 İran rejimi daxildən çürüyüb, vətəndaşlar azadlıq üçün yollar axtarır

İranda son 48 saat ərzində 17-dən çox məhbus edam edilib. Bu barədə ABŞ Dövlət Departamentinin farsdilli xidməti məlumat yayıb. ABŞ Dövlət Departamenti həmçinin vurğulayıb ki, cari il ərzində İranda ümumilikdə 1800-dən çox insan edam olunub. İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına əl atıb. Bununla beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyiblər.

Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a bildirib ki, İran rejiminin öz vətəndaşlarını müxtəlif bəhanələrlə kütləvi edam etməsi artıq rejimin aqoniya halında olduğunu isbat edir. Ekspert vurğulayıb ki, edam olunanların 12 günlük müharibə ilə əlaqələndirilməsi rejimin daxildə insanlara hansı zülmlər verdiyinin də bariz nümunəsidir:

"Bir vətəndaş əgər həqiqətən bu rejimin yıxılması üçün düşmən təbliğatı aparılan İsraillə əməkdaşlıq edibsə, deməli, insanlar kütləvi şəkildə rejimdən narazı olublar. Əslində, İran Prezidenti Məsud Pezeşkianın günahı kənarda yox, rejim daxilində axtarması da bunu sübut edir. Görünən odur ki, İran rejimi artıq daxildən çürüyüb. Heç bir saxta "din oyunları" İran xalqının böyük hissəsini aldada bilməyib ki, onlar bu rejimdən azad olmaq üçün yollar axtarırlar".

A.Qasımov hesab edir ki, rejim bu adamlarla İrana müdaxilə üçün arqument tapıb:

"Həm də doğru arqument tapıb. İran rejiminin üstündə qara buludlar artıq daha sərt əsməyə başlayıb. ABŞ-İsrail koalisiyası İran rejiminə ciddi zərbə hazırlayır. Rejim isə başını itirib. Bunun əvəzini sadə vətəndaşından çıxır. İsrailin İran rejiminin onlarla hərbi və mülki rəhbərlərini məhv etməsinin əvəzini öz vətəndaşından çıxması rejimin tezliklə gedəcəyinə işarə edir. Çünki daxildə dayağı olmayan rejimlər məhvə məhkumdurlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri