Küveyt SEPAH ın diversiya cəhdinin qarşısını aldı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Küveyt təhlükəsizlik qüvvələri Bubiyan adasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) həyata keçirməyə çalışdığı diversiya cəhdinin qarşısını aldığını açıqlayıb.
Modern.az xəbər verir ki, hadisə zamanı İran İnqilab Keşikçiləri Korpusunun dörd üzvü saxlanılıb. Atışma zamanı isə Küveyt hərbçilərindən biri yaralanıb.
Məlumata görə, qrup strateji əhəmiyyət daşıyan adaya balıqçı qayığı ilə daxil olub və “düşmən xarakterli fəaliyyətlər” həyata keçirməyi planlaşdırıb.
Küveyt rəsmiləri saxlanılan şəxslərin ilkin ifadələrində ittihamları etiraf etdiklərini bildirib. Hadisədə iştirak etdiyi deyilən daha iki nəfərin isə axtarışda olduğu qeyd olunub.
Baş verən insidentdən sonra Küveyt Xarici İşlər Nazirliyi İran səfirini çağırıb. Rəsmi dairələr hadisəni ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 May 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















