Icma.az
close
up
RU
Kvadratmetrin o üzü

Kvadratmetrin o üzü

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, gələn il yanvarın 1-dən etibarən binaların enerji effektivliyi ilə bağlı pasportlaşdırılmasına başlanılacaq. Yeni qaydalar qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq. Mövcud binalara isə yalnız yenidənqurma və ya əsaslı təmir aparıldığı halda bu tələb şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün pasport könüllü qaydada əldə edilə biləcək.

Qeyd edək ki, enerji effektivliyi pasportu binanın adi texniki pasportu deyil. Sənəddə binanın enerji sərfi və karbon qazı emissiyası üzrə sinfi, eləcə də isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf ediləcək enerji göstəriləcək.

Yeni sistem tikintiyə icazə prosesinə də inteqrasiya ediləcək. Binanın enerji effektivliyi pasportunun tikintiyə icazə verilərkən tələb olunan sənədlərin siyahısına daxil edilməsi nəzərdə tutulur. Bununla da binanın enerji sərfiyyatı və mümkün itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihənin hazırlanması zamanı nəzərə alınacaq. Yeni sistemin tikintiyə icazə prosesinə inteqrasiyası çərçivəsində binanın enerji effektivliyi pasportunun tikintiyə icazə verilərkən tələb olunan sənədlərin siyahısına daxil edilməsi nəzərdə tutulur. Beləliklə, binanın enerji sərfiyyatı və mümkün itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihənin hazırlanması zamanı nəzərə alınacaq. Bu pasport vasitəsilə binanın istilik itkisi, divarların, damın və pəncərələrin istilik izolyasiyası, isitmə və havalandırma sistemləri, habelə enerji sərfinin səviyyəsi müəyyən ediləcək. Yeni tikilən, yenidən qurulan və bərpa edilən binalara sözügedən pasportun verilməsi həmin binaların nə qədər enerji istehlak etdiyini və enerji baxımından nə dərəcədə səmərəli olduğunu əks etdirən rəsmi qiymətləndirmə olacaq.

Xatırladaq ki, bu ilin avqustunda "Binalarda enerji sərfinin hesablanması metodologiyası" təsdiqlənib. Metodologiya enerji istehlakının hansı əsaslarla, necə və hansı düsturlarla hesablanacağını, bu zaman hansı məlumatların nəzərə alınacağını müəyyən edir.

Sənədə əsasən, binanın enerji sərfi hesablanarkən elektrik enerjisi, qaz, istilik enerjisi və digər enerji daşıyıcıları üzrə istehlak eyni hesabat dövrü üçün birlikdə qiymətləndiriləcək. Əgər əvvəlki dövrdə enerji istehlakı ilə bağlı uçot aparılmayıbsa, həmin binanın enerji sərfini müəyyən etmək mümkün hesab edilməyəcək.

Yeni metodologiyaya görə, enerji sərfi tam illər üzrə hesablanacaq. Əgər hesablama dövrü tam bir ili əhatə etməzsə, illik enerji sərfi xüsusi hesablama üsulu ilə müəyyən ediləcək. Sənədə əsasən, bina üzrə enerji sərfinin müəyyən edilməsi dövrü 5 ildən azdırsa, hesablamalarda iqlim göstəriciləri də nəzərə alınacaq. Həmçinin bu müddətdə binada aparılan dəyişikliklər onun enerji səmərəliliyinə 10 faizdən çox təsir göstəribsə, əvvəlki məlumatlardan istifadə edilməyəcək. Dəyişikliklərin təsiri 10 faizə qədər olduqda isə əvvəlki göstəricilər müvafiq düzəlişlər edilməklə hesablamaya daxil ediləcək. Binaların enerji istehlakı əsasən sayğac göstəriciləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, elektrik, qaz və istilik təchizatçıları tərəfindən təqdim olunan hesab-fakturalar da faktiki enerji istehlakının hesablanması üçün əsas kimi istifadə oluna biləcək.

Yeni qaydalara əsasən, binada maye yanacaq istifadə olunursa, sərf olunan yanacaq çəndəki yanacağın səviyyəsinin hesablama dövrünün əvvəlində və sonunda ölçülməsi, eləcə də həmin müddətdə alınan yanacağın həcminin nəzərə alınması əsasında hesablanacaq.

Əgər bina qaz balonları ilə təmin edilirsə, bu halda enerji sərfi istifadə olunan qaz balonlarının sayına əsasən müəyyən ediləcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, ötən ildən başlayaraq tikinti və şəhərsalma normativlərində əvvəllər mövcud olmayan müəyyən tələblər müəyyənləşdirilib. Tələblərdən biri binaların ən azı 100 il dayanıqlı olması və uzun müddət istismar edilməsi ilə bağlıdır. Bunlar tikinti normativlərinə edilən dəyişikliklərdir. İkinci məsələ isə binaların digər qanunların tələblərinə uyğun olması, yəni enerji səmərəliliyi baxımından səmərəli layihələndirilməsi və tikilməsidir. Bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna əsaslanır. Bu qanuna görə, beş mərtəbədən yuxarı olan binalarda qaz qurğularının quraşdırılması və ya alternativ enerji mənbələrindən istifadə ilə bağlı yeni tələblər var.

Qanunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə mindikdən sonra layihələndirilən yeni binalar yüksək enerji effektivliyinə malik olacaq şəkildə inşa edilməlidir. Lakin burada bir məsələ açıq qalır: bu dəyişiklik istehlakçıya nə verəcək? Məsələyə marketinq yanaşması kimi baxmaq da mümkündür. Əgər hər hansı binanın enerji effektivliyi yüksəkdirsə və bina, məsələn, A sinfinə daxildirsə, bu, həmin binada yaşayan sakinlərin enerji sərfiyyatının daha aşağı olmasına imkan verə bilər. Amma premium binalarda vəziyyət fərqlidir. Onsuz da belə binalarda idarəetmə və xidmət xərcləri yüksəkdir. Bakıda elə premium yaşayış binaları layihələndirilir ki, onların fasadının böyük hissəsi şüşədən ibarətdir. Belə binalarda enerji sərfiyyatının avtomatik olaraq yüksək olması mümkündür: "Ona görə də burada vətəndaş üçün ciddi enerji qənaətindən danışmaq çətindir. Mən hesab edirəm ki, binaların pasportlaşdırılması onların qeydiyyata alınması və reyestrə daxil edilməsi baxımından əhəmiyyət daşıyacaq. Sözsüz ki, qanunun əsas mahiyyəti ölkədə enerji resurslarına qənaətdir".

Ekspert qeyd edib ki, pasportlaşdırma siniflər üzrə aparılacaq: "Hazırda elan olunan pasportlaşdırma A sinfinə, yəni ən az enerji sərf edən binalara aid olacaq. Getdikcə B, C, D, E kateqoriyaları da mövcud olacaq. Bundan sonra layihələndirilən binalar ən azı C sinfinə cavab verməlidir. Bu tələblər binanın enerji istifadəsi ilə bağlı olacaq".

Son 15 ildə bütün dünyada məişətdə və istehsalda istifadə olunan texnikanın, avadanlıqların enerji sərfiyyatının qiymətləndirilməsi normaya çevrilib - hər birinin üzərində onun enerji sərfiyyatı sinfi mütləq qeyd olunur. İnkişaf etmiş ölkələrdə, xüsusilə də Avropada binalara münasibətdə bu tələb 10 ilə yaxındır tətbiq edilir. Bu təcrübənin Azərbaycanda tətbiqi, binaların enerji effektivliyi pasportu mənzillərin və kommersiya obyektlərinin qiymətinə necə təsir göstərəcək? Qanunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə mindikdən sonra layihələndirilən yeni binalar yüksək enerji effektivliyinə malik olacaq şəkildə inşa edilməlidir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, indiyədək mənzillər köhnə və yeni tikililərdə yerləşməsinə görə dəyərləndirilirdisə, bundan sonra yeni tikililər daxilində də bölgü olacaq: "Yəni əvvəl alıcı mənzilin yeni, yaxud köhnə tikilidə olmasına diqqət yetirirdisə, indi həm də mənzilin hansı yeni tikilidə yerləşdiyini nəzərə alacaq. Rieltora müraciət edən alıcı maraqlanacaq ki, bina enerji effektivliyinə görə hansı kateqoriyaya daxildir. Çünki enerji effektivliyi yüksək olan binadakı mənzillərin enerji sərfiyyatı da aşağı olacaq. Bildiyiniz kimi, enerji xərcləri müasir dövrdə mənzil sahiblərinin ən çox vəsait sərf etdiyi istiqamətdir. Enerji effektivliyi yüksək olan binanın istilik və səs izolyasiyası olacaq. Bu, yalnız səsdən deyil, bayırdakı temperaturun təsirindən də qoruyan bir izolyasiya sistemidir. Onun sayəsində qışda soyuq havanın, yayda isə isti havanın bina daxilinə təsiri ciddi şəkildə məhdudlaşır. Bunun sayəsində həmin binada enerji sərfiyyatı aşağı olur, demək, mənzil sahiblərinin xərci də azalır. Yəni belə binalarda sakitlik, səs-küyün təsirinin az olması ilə yanaşı, enerji sərfiyyatı da az olacaq".

Ekspert bildirib ki, enerji effektivliyi yüksək olan binalardakı mənzillərin qiyməti digər binalarla müqayisədə daha yüksək olacaq: "Aydın məsələdir ki, enerji effektivliyi A kateqoriyasına uyğun olan binalarda mənzillər, yaxud kommersiya obyektləri daha baha olacaq. Lakin bu bahalıq sonrakı xərclərdəki azalma hesabına kompensasiya olunacaq. Bununla yanaşı, enerji effektivliyi pasportunun tətbiqinin daşınmaz əmlak bazarında qiymətlərə artırıcı təsiri dərhal hiss olunmayacaq və əhəmiyyətli səviyyədə olmayacaq. Bu, pasportlu binaların sayı artdıqca daha çox hiss ediləcək. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq hesab edirik ki, enerji effektivliyi pasportunun tətbiq olunması ilə bağlı daşınmaz əmlakların qiymətləndirilməsi metodologiyasına da dəyişiklik edilməlidir. Yəni hər hansı daşınmaz əmlak qiymətləndirilərkən onun enerji effektivliyi göstəriciləri mütləq nəzərə alınmalıdır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri