Icma.az
close
up
RU
Kvaratsxeliya “Napoli” sövdələşməsi necə bitəcək?

Kvaratsxeliya “Napoli” sövdələşməsi necə bitəcək?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

«Napoli» 13 turdan sonra A seriyasının lideridi. Antonio Kontenin rəhbərlik etdiyi komandanın əsas bombardirləri isə Xviça Kvaratsxeliya ilə Romelu Lukakudu — hər birinin hesabında 5 qol var.

Neapollular son turda «Roma”nı çətinliklə məğlub etdi, Dovbikin baş zərbəsi dəqiq olsaydı, paytaxt klubu evə psixoloji planda çox dəyərli olan 1:1 hesablı heç-heçə ilə dönəcəkdi. Ancaq Lukakunun qolu yeganə və həlledici oldu. Xviça da oyunun əvvəlində fərqlənə bilərdi, ancaq tədricən ruhdan düşdü və 67-ci dəqiqədə əvəzləndi. Onun meydandan ayrılması bir qədər isterik xarakter daşıdı: ümumiyyətlə, gürcü son vaxtlar çoxlu mənfi emosiya saçır ki, bu da yerli jurnalistlərin gözündən qaçmır.
Antonio Konte oyundan sonra Xviçanın növbəti jestini «malalamağa» çalışdı: guya Kvara, sadəcə, yığmanın heyətindəki oyunlardan sonra yorulub, bu üzdən onu qorumağa qərar verib. Əlbəttə, belə də ola bilər, ancaq İtaliya mediası az qala hər gün Xviçanın «Napoli» ilə müqavilə müddətini daha yaxşı şərtlərlə uzatması məsələsinə toxunur, bu mövzunu saqqız kimi uzadır. Futbolçunun ətrafı ilə klub arasında gedən danışıqlarla bağlı yazıların sayı get-gedə artır deyə, istər-istəməz dialoqun heç də konstruktiv alınmamasıyla bağlı şübhələr çoxalır.
Məsələnin məğzi nədən ibarətdi? Gürcü vingerin «Napoli» ilə 2027-ci ilə qədər qüvvədə olan müqaviləsi var. Agentlərə verilən pul rəsmi şəkildə açıqlanmasa da, «Napoli”nin bu transferə görə ümumilikdə 10 milyon avrodan keçməsi ilə bağlı deyilənlər doğrudusa, onda klub çox böyük uğura imza atıb. Onu da nəzərə alaq ki, komandanın çempion olduğu mövsümdə cəmi 1,8 milyon avro maaş alan futbolçu A seriyasının ən yaxşısı sayıldı. «Napoli”ni belə sövdələşməyə görə yalnız alqışlamaq olar, Xviça və danışıqlarda fəallıq göstərən yaxın ətrafı isə indi bir qədər fərqli düşüncədədi: futbolçu İtaliyada artıq 3-cü mövsümünü keçirir, maaşı isə əvvəlki səviyyədə qalıb. Adi bir futbolçu üçün məbləğ çox görünə bilər, Xviçanın statusunu nəzərə alanda, sadəcə, gülməlidi.
Odu ki, artıq ikinci ildi gürcü futbolçunun ətrafındakıların durumdan narazı olmasıyla bağlı söz-söhbət bitmək bilmir. Və «Napoli”nin zəif təsir bağışladığı, Kvaranın özünün isə qeyri-sabit oyun göstərdiyi ötən mövsümün gedişində müqavilə müddətini daha yaxşı şərtlərlə uzatmaqla bağlı söhbətlər bir qədər səngimişdisə, bu gün artıq məsələ fərqli xarakter almaqdadı. «Napoli» yenidən turnir cədvəlinin zirvəsindədi və skudetto uğrunda mübarizə aparır, Xviça da komandanın bombardirlərindən biridi. Hələ yayda Avropanın bəzi top-klubları gürcünün agenti ilə əlaqə saxlayaraq, Neapolda qazandığından dəfələrlə artıq məbləğ təklif etmişdilər. İndi isə belə təkliflərin sayı daha da artıb!
Antonio Kontenin baş məşqçi postuna gələndən sonra prezident Aurelio De Laurentisə Kvaranın komandada saxlanılmasıyla bağlı ünvanladığı ultimatum qısa müddətə işə yaradı, ancaq bunu sonsuza qədər uzatmaq mümkünsüzdü. PSJ və «Barselona» hələ də bu transferdə maraqlıdı, Kvaranın ətrafı isə durumdan əl götürməyib, odu ki, münasibətlərin gərginləşəcəyi, hətta qarşıdurma həddinə çatacağı istisna olunmur. Bu isə tərəflərin hər birinə ziyan vuracaq ən pis ssenaridi.
Problem nədən ibarətdi? «La Gazzetta dello Sport”un versiyasına baxaq. Kvaranın təmsilçiləri 8 milyon avro əməkhaqqının (bonuslar nəzərə alınmaqla) üzərində dayanıb, bu halda müqavilə müddəti 2029-cu ilə qədər uzadılacaq. «Napoli» də müqaviləni göstərilən müddətə qədər yeniləmək fikrindədi, sadəcə, mövsümə 6 milyon avrodan çox ödəmək istəmir. Yəqin ki, tərəflər pulun məbləği ilə bağlı ortaq məxrəcə gələ bilərdi, ancaq daha bir prinsipial məqam var. İtaliya mediası bildirir ki, futbolçunun təmsilçiləri yeni müqavilədə Xviça klubdan ayrılacağı təqdirdə «Napoli”yə ödəniləcək pulun 80 milyon avronu aşmamasını istəyir. De Laurentis isə ya müqaviləyə dəbbəpulu kimi 120 milyon avro yazılmasının, ya da, ümumiyyətlə, məbləğin göstərilməməsinin tərəfdarıdı.
Tərəflərin hazırda ortaq məxrəcdən uzaq olduğunu «Napoli”nin idman direktoru Covanni Mannanın son açıqlaması da təsdiqləyir: sözsüz, klub Kvaranın «Napoli» üçün xidmətlərini yüksək dəyərləndirir və müqavilə şərtlərini yaxşılaşdırmağa hazırdı. Ancaq Manna eyni zamanda bunu da deyir: «Oyunçunun təmsilçiləri ilə danışmışıq, ancaq tələsən yerimiz yoxdu, heç kim bizə təzyiq etmir. Şərtlərimiz onları qane etsə, mövsümün gedişində müqavilə müddətini uzadarıq. Yox, qane etməsə, bu mövzuya iyunda qayıdarıq».
Klubun və Antonio Kontenin baxışlarını ictimaiyyətə çatdıran funksionerin dediklərini «tərcümə etsək», bu anlama gəlir: skudetto və Çempionlar Liqasına dönmək uğrunda mübarizə aparan «Napoli» danışıqlarda geri çəkilmək fikrində deyil, klub istənilən futbolçudan daha yüksək dəyərdi. «Napoli» azarkeşləri üçün belə yanaşma, əlbəttə, yalnız qürur doğurur, ancaq ortada hər şeyin fərqli yön ala biləcəyini göstərən Viktor Osimhen nümunəsi də var. İş ondadı ki, skudettonu qazanan «Napoli» bu futbolçunun maaşını İtaliya bazarı üçün ağlasığmaz görünən 8-9 milyon avroya qaldırmış, həmçinin dəbbəpulu kimi 120 milyon avro müəyyənləşdirmişdi. Nəticədə bu məbləğdən keçməyə hazır olan alıca tapılmadı, belədə «transfer pəncərəsi» bağlanan ərəfədə Osimheni «Qalatasaray”a icarəyə verməli oldular. Konte birmənalı şəkildə bu futbolçu ilə birgə çalışmaqdan boyun qaçırdı. Baş məşqçi nigeriyalının əvəzinə Lukakunun alınmasını istədi, yəni əlinin altında layiqli əvəzedicinin olduğunu göstərdi.
Yeri gəlmişkən, «Roma» ilə oyunun 67-ci dəqiqəsində Kvaranı əvvəllər «Benfika”da oynayan David Neres əvəzlədi. Konte bu yolla həm də onu anladır ki, Xviça ilə danışıqlar yolunda getməsə, 27 yaşlı braziliyalı «Napoli”nin start heyətində də yer almağa hazırdı. Bütün bunların sonunun necə olacağı ikinci dərəcəli məsələdi, sadəcə, klub baş məşqçinin davranışı ilə əvəzedilməz oyunçusunun olmadığını göstərir.
Eyni zamanda, Osimhen nüuməsi Kvaratsxeliyanın təmsilçilərinə klubun bu məsələdəki zəifliyini də anladır: yüksək maaş fonunda ağlasığmaz dəbbəpulu az qala «Napoli”nin fiaskosuna səbəb olacaqdı. Maaşı 8-9 milyon avro olan, ancaq sifariş ərizəsindən kənarda qalan (Kontenin inadı məz buna aparırdı) futbolçu təsəvvür edə bilirsizmi? Osimhen bu gün Türkiyədə yalnız icarə əsasında oynayır, gələn il yenidən onun satışı üzərində çalışmaq lazım gələcək.
Beləliklə, mövzuya yekun vurmaq olar. «Napoli”nin çempionluq uğrunda mübarizəsi fonunda Kvaratsxeliya ətrafındakı durum arzuolunmaz qıcıq doğurur. Aydındı ki, sərt Konte və prinsipial De Laurentis istənilən məsələdə geri çəkilməməklə bağlı bir-biri ilə yarışa girə bilər, ancaq futbolçunun ətrafının da müəyyən dəlilləri var. Tərəflər ortaq məxrəcə nə qədər tez gələ bilsələr, hər biri üçün bir o qədər yaxşı olacaq.
Bəlkə də Kvaranın 2025-in yayında Avropanın top-klublarından birinə satılması ən optimal çıxış yolu kimi görünür. «Napoli» hazırda bu statusu daşımır və ovyektiv səbəblərdən yaxın illərdə də daşımayacaq. Neapol klubu belədə yaxşı pul qazanacaq və yeni futbolçular ala biləcək. Axı əks halda Kvara həm yüksək maaş alacaq, həm də gözü başqa yerlərdə olacaq. Artıq Neapolun qəhrəmanı olan gürcü də bundan sonra bir ölkənin daxilində yox, qitə arenasında titullar qazanmaq üçün çalışmalıdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri