“La Liqa müdaxilə etməli idi” Tebasa sərt tənqid
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyalı jurnalist Roberto Qomes Xulian Alvaresin “Atletiko Madrid”dən “Barselona”ya mümkün transferi ətrafında yaşanan hadisələrə görə La Liqanın prezidenti Xavyer Tebası sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, Qomes “Radio MARCA”nın “La Tribu” proqramında “Barselona”nın argentinalı hücumçu ilə bağlı davranışının cəzasız qalmamalı olduğunu bildirib.
Onun fikrincə, futbolçunun “Atletiko” ilə qüvvədə olan müqaviləsi olduğu halda katalonların Alvaresin ətrafı ilə danışıqlar aparması və transfer prosesinin bu formada davam etməsi La Liqanın müdaxiləsini tələb edirdi.
Qomes xüsusilə Xavyer Tebasın mövqeyini tənqid edərək, La Liqanın yaranmış vəziyyətdə daha fəal davranmalı olduğunu vurğulayıb.
Xulian Alvares yay transfer pəncərəsi ərzində “Barselona”nın əsas hədəflərindən biri olub. Argentinalı hücumçunun Kataloniya klubuna keçmək istədiyi bildirilsə də, “Atletiko Madrid” onun satışına razılıq verməyib.
Madrid klubunun rəhbərliyi dəfələrlə Alvaresin satılmadığını açıqlayıb və xüsusilə futbolçunun “Barselona”ya keçidinə qarşı sərt mövqe nümayiş etdirib.
Transfer pəncərəsinin son günündə də tərəflər arasında razılıq əldə olunmayıb və 26 yaşlı hücumçu “Atletiko Madrid”də qalıb. “Barselona” isə hücum xəttini Qabriel Jezusla gücləndirib.
Baxış sayı:42
Bu xəbər 02 Sentyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















