La Liqa klubundan sərt reaksiya
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Barselona” polis əməkdaşlarının azarkeşlərə qarşı hərəkətlərini pisləyib.
QOL.az xəbər verir ki, “Barselona” La Liqanın 2-ci turunda “Elçe” ilə keçirilən və 5:0 hesabı ilə başa çatan oyundan əvvəl polis əməkdaşlarının azarkeşlərə qarşı davranışı ilə bağlı açıqlama yayıb.
Matçdan öncə “Martines Valero” stadionunun yaxınlığında polis “Barselona” azarkeşlərini saxlayıb və Kataloniyanın müstəqillik hərəkatı ilə əlaqəli “Estelada” bayraqlarını müsadirə edib. Saxlanılan azarkeşlərdən birinin polis tərəfindən zorakılığa məruz qaldığı bildirilir.
Kataloniya klubu açıqlamasında polis əməkdaşlarının tətbiq etdiyi gücün əsassız və həddindən artıq olduğunu vurğulayıb:
“Barselona” çempionatın “Elçe” ilə oyunundan əvvəl “Martines Valero” stadionunun yaxınlığında baş verən insidentlər zamanı klub üzvləri və azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiqini pisləyir. Xüsusilə, azarkeşlərdən birinin saxlanılması zamanı görülən tədbirləri və güc tətbiqini əsassız və yolverilməz hesab edirik”.
Klub saxlanılan azarkeşə və ailəsinə lazımi dəstəyin göstərilməsinə hazır olduğunu da bildirib.
“Barselona” həmçinin “Estelada” bayraqlarının yenidən müsadirə edilməsindən təəssüfləndiyini qeyd edib. Klubun açıqlamasında vurğulanıb ki, bu bayraq rəsmi şəkildə icazə verilən simvoldur və onun nümayişi söz azadlığının qanuni ifadəsi hesab olunur.
Kataloniya təmsilçisi hadisə ilə bağlı müvafiq açıqlama gözlədiyini və azarkeşlərinin hüquq və azadlıqlarını qorumaq üçün lazım olan addımları atmaq hüququnu özündə saxladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Avqust 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















