Karvahal La Liqa oyununun ABŞ da keçirilməsini tənqid edib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid”"in sağ cinah müdafiəçisi Daniel Karvahal La Liqanın 17-ci turunda ABŞ-ın Mayami şəhərindəki “Hard Rock” stadionunda keçiriləcək “Vilyarreal” – “Barselona” matçını şərh edib.
İdman.Biz bildirir ki, qarşılaşma dekabrın 20-də baş tutacaq.
“Vilyarreal” – “Barselona” matçının Mayamidə keçirilməsi, şübhəsiz ki, yarışın nəticələrini təhrif edir. Bu vəziyyət bütün La Liqa komandalarının bərabər şəraitdə mübarizə aparmasına mane olur", - Karvahal deyib.
Xatırladaq ki, İspaniya Futbolçular Assosiasiyası (AFE) La Liqa komandalarının kapitanlarının dəstəyi ilə futbolçuların İspaniya liqasının oyununun xaricdə keçirilməsinə qarşı 9-cu turun hər oyununun əvvəlində etiraz edəcəklərini açıqlayıb.


