Icma.az
close
up
RU
“Labirint” haqqında dilçi alimin düşüncələri

“Labirint” haqqında dilçi alimin düşüncələri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yazıçı İmamverdi İsmayılovun “Labirint” povesti müasir Azərbaycan nəsrində psixoloji-fəlsəfi düşüncənin bədii ifadəsi baxımından diqqəti cəlb edən əsərlərdən biridir. Həyatın özünü labirint kimi təqdim etdiyi bir dünyada insanın daxili sükutu, qorxuları və mənəvi çıxılmazlıqları əsərin əsas ideya xəttini təşkil edir. Müəllif görünməyən daxili gərginlikləri bədii düşüncənin predmetinə çevirərək oxucunu insan şüurunun dərin qatlarına aparır.

XQ xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün məqaləsində yar alıb. Məqlədə bildirilir ki, povestdə hadisələrdən daha çox qəhrəmanın daxili aləmi ön plana çəkilir. Onun düşüncələri, tərəddüdləri, qorxuları və həyatla bağlı sualları metaforik koridorlar vasitəsilə təqdim edilir. “Labirint” anlayışı burada yalnız məkan mənası daşımır, həm də insan şüurunun dolaşıq və çıxılmaz vəziyyətinin bədii simvoluna çevrilir. Ölüm, zaman, sükut və qaranlıq kimi anlayışlar fəlsəfi məna qazanaraq əsərin ideya-estetik yükünü daha da gücləndirir.

İmamverdi İsmayılovun yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlərdən biri onun özünəməxsus dili və üslubudur. Yazıçının dili sadə görünməsinə baxmayaraq, dərin psixoloji və fəlsəfi qatlarla zəngindir. O, xalq dilinin canlı ifadə imkanlarından ustalıqla istifadə edir, danışıq üslubunun təbiiliyini qorumaqla mətnin emosional təsir gücünü artırır. T.Şükürlıü qeyd edib ki, müəllifin əsərlərində xalq dilindən, atalar sözlərindən və aforistik ifadələrdən geniş istifadə olunması xüsusi diqqət çəkir. Bu ifadələr yalnız bədii təsvir vasitəsi deyil, həm də milli təfəkkürün və həyat fəlsəfəsinin daşıyıcısı kimi çıxış edir. “İnsan çiy süd əmib”, “Şərait bəzən elə gətirir ki, özünü özündən belə qoruya bilmirsən”, “Bəzən ağappaq, tərtəmiz qar ləpəsinə də qurd düşər” kimi ifadələr xalq hikmətinin əsərdə bədii-fəlsəfi məna qazanmasının nümunəsidir.

Yazıçının yaratdığı aforizmlər də diqqəti cəlb edir. “Niyə fəsillər birdən gəlmir, meyvələr niyə bir vaxtda yetişmir: tələsməklə deyil, hər şeyin zamanı var, dəyişkən fəsillər öz qəlbimizdir...” və “Allah fəsilləri bəlkə darıxmayaq deyə yaradıb? Hər birinə də öz barını, nemətini verib” kimi fikirlər müəllifin həyat və zaman haqqında fəlsəfi baxışlarını əks etdirir. Bu cür hikmətli ifadələr əsərin təsir gücünü artırmaqla yanaşı, ədəbi dilimizin də zənginləşməsinə xidmət edir. Müəllifin fikrincə, “Labirint”də dialektizmlərin işlənməsi də xüsusi üslubi məna daşıyır. Müəllif dialekt sözlər vasitəsilə obrazların nitqini fərdiləşdirir, onların regional-mədəni mühitlə bağlılığını daha inandırıcı şəkildə təqdim edir. Xalq dilinin canlı çalarları xüsusilə daxili monoloqlarda və emosional nitq parçalarında daha qabarıq şəkildə hiss olunur.

Əsərdə daxili monoloqlar qəhrəmanın psixoloji vəziyyətini, mənəvi təlatümlərini və tənhalığını dolğun şəkildə açır. “Tənhalıq ağırdı, çox bəlaya qucaq açar...” kimi ifadələr insanın daxili ağrılarını ümumiləşdirilmiş fəlsəfi qənaətə çevirir. Müəllif bir çox hallarda cavab verməkdən daha çox sual qoymağa üstünlük verir. “Səni aparacaq ölüm, yoxsa səni yaşadacaq ölüm – fərqindəsənmi?” kimi suallar oxucunu düşünməyə vadar edir və əsərin fəlsəfi diskursunu dərinləşdirir. “Povestdə dini-mənəvi motivlər də mühüm yer tutur. Duaların və Allaha müraciətlərin mətnə daxil edilməsi əsərin mənəvi-fəlsəfi qatını gücləndirir. “Ey məni məndən gözəl bilən Rəbbim!” kimi müraciətlər dilin poetik və emosional imkanlarını üzə çıxarır, insanın Yaradan qarşısındakı acizliyini və mənəvi axtarışlarını ifadə edir.

İmamverdi İsmayılovun “Labirint” povesti müasir Azərbaycan nəsrində fəlsəfi axtarışları, psixoloji dərinliyi və xalq dilinin bədii imkanlarını özündə birləşdirən mühüm əsərlərdən biridir. Əsər oxucunu yalnız hadisələri izləməyə deyil, həm də öz daxili dünyasına nəzər salmağa, həyatın mürəkkəb labirintində mənəvi çıxış yolu axtarmağa çağırır”, - deyə məqalədə bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri