Icma.az
close
up
RU
Labubu fenomeni təhlükə altında: Məşhur oyuncaq istehsalçısı milyardlarla dollar itirdi

Labubu fenomeni təhlükə altında: Məşhur oyuncaq istehsalçısı milyardlarla dollar itirdi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Məşhur "Labubu" oyuncaqlarının istehsalçısı olan Çinin "Pop Mart" şirkətinin səhmləri kəskin ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Honkonq Fond Birjasında ucuzlaşma 6,6%-ə çatıb, səhmlərin qiyməti 232,2 Honkonq dollarına (29,58 ABŞ dolları və ya təxminən 50 manata) düşüb.

"South China Morning Post"un hesablamalarına görə, son 48 saat ərzində şirkətin səhmləri demək olar ki, 9% ucuzlaşıb və bu, bazar kapitallaşmasında böyük itkiyə səbəb olub - 30,89 milyard Honkonq dolları (təxminən 3,93 milyard ABŞ dolları və ya demək olar ki, 6,7 milyard manat).

Maliyyə çöküşünə Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "People's Daily" qəzetindəki ("Renmin Ribao") məqalə səbəb olub. Təxminən 3 milyon nüsxə tirajla çıxan nəşr "Pop Mart" biznes modelini sərt şəkildə tənqid edərək, şirkətin məşhur oyuncaqlarına aludəçiliyin yaranmasının ciddi riskləri barədə xəbərdarlıq edib.

"Pop Mart" biznes modelinin əsasını alıcının hansı fiquru alacağını əvvəlcədən bilmədiyi "sirr qutuları" (mystery boxes) təşkil edir. Bu qeyri-müəyyənlik kolleksiyaçıları nadir əşyalar əldə etmək ümidi ilə çoxlu alış-veriş etməyə sövq edir. Eyni zamanda, həqiqətən qiymətli və nadir oyuncaq tapmaq ehtimalı 2%-dən azdır.

"Bu məhsullar təkrar alışları təşviq etmək üçün gözlənilməz mükafatlardan istifadə edən biznes tələləridir", - "People's Daily" hüquqşünaslar və akademiklərdən sitat gətirir.

Belə marketinq strategiyasının uşaqlara və yeniyetmələrə təsiri xüsusi narahatlıq doğurur. Yetkinlik yaşına çatmayanlar bu cür marketinq üsullarına xüsusilə həssasdırlar. 2023-cü ildə Çin hakimiyyəti bazarı tənzimləmək üçün artıq ilk addımları atıb, səkkiz yaşadək uşaqlara "sirr qutuları"nın satışını qadağan edib.

Böyükdişli təbəssümlə məzəli bədheybətləri təsvir edilən "Labubu" oyuncaqları "TikTok" sosial şəbəkəsində 2025-ci ilin yazının əsas trendinə çevrilib. Bu fiqurların populyarlığı Çindən çox-çox uzaqlara yayılıb. Qeyri-adi oyuncaq "Pop Mart" şirkətini sənayedə dünya liderlərindən birinə çevirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri