Icma.az
close
up
RU
Labubu oyuncaqları və onun mümkün təsirləri: Hansı təhlükələrlə üz üzəyik?

Labubu oyuncaqları və onun mümkün təsirləri: Hansı təhlükələrlə üz üzəyik?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur oyuncaqların istehsalçısı olan Çinin "Pop Mart" şirkətinin "Labubu" oyuncağı bir il ərzində böyük səs-küyə səbəb olub. Artıq Azərbaycanda da bu oyuncağa maraq get-gedə artır.

Xarakterik geniş dişli təbəssümlə məzəli "canavarlar"ı təsvir edən "Labubu" oyuncaqları "TikTok" sosial şəbəkəsində 2025-ci ildə yazın əsas trendinə çevrilib. Məhşur blogerlərin çantalarının və avtomobilin bəzəyinə çevrilməsi "Labubu" ətrafında geniş alıcı kütləsi formalaşdırıb.

Maraqlıdır, bəs görəsən, qəribə görüntüsü ilə qısa müddətdə fenomen olan "Labubu" oyuncaqları insanların psixologiyasına necə təsir edir? Onların ölkə ərazisində satışına nəzarət edilirmi?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Oxu.Az-ın suallarına cavab olaraq söyləyib ki, fenomen olan "Labubu" oyuncağının arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır:

"Estetik cəhətdən fərqli, vizual olaraq həm şirin, həm də bir qədər sirli görünüşü ilə seçilən "Pop Mart"ın məşhur "Labubu" oyuncaqları artıq ölkəmizdə də bir çox insanın çantasının üzərində, avtomobil aksesuarı kimi və ya kolleksiya predmetləri olaraq yer almaqdadır. Bu fenomenin arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır. Əlbəttə ki, bu oyuncaqlar uşaqların psixologiyasına öz təsirini göstərir. Belə ki, "Labubu" oyuncaqları antropomorfik (insanabənzər) formada hazırlandığı üçün uşaqlarda "canlandırma" instinktini gücləndirir. Bu da onların emosional tənzimlənməsinə və empatiya bacarığının inkişafına müəyyən təsir edə bilər. Çünki, uşaq bir oyuncağa duyğu yüklədikdə, onunla söhbət edir, hisslərini paylaşır və bu, tək qalma qorxusunu bəzən azalda bilir.

Bəzi "Labubu" dizaynlarında isə gözlər çox iri, ağız kəskin və qeyri-real ifadəli olur. Bu da xüsusilə 3-6 yaş arası uşaqlarda çaşqınlıq, narahatlıq və hətta gecə yuxularında qorxu hallarına səbəb ola bilər. Çünki, uşağın inkişaf mərhələsinə uyğun olmayan vizual stimullar psixoloji diskomfort yaradır. Əgər bu tip oyuncaqlarla davamlı qarşılaşma baş verirsə və valideyn tərəfindən yönləndirmə olmursa, uşaqlar gerçəkliklə fantaziyanı ayırd etməkdə çətinlik çəkə bilərlər. Bu da mücərrəd düşüncənin inkişafında pozucu faktor kimi çıxış edə bilər".

Psixioloq oyuncaqların böyüklərə də öz psixoloji təsirini göstərdiyini vurğulayıb:

"Belə ki, "Labubu" kimi "vintaj" estetikaya malik oyuncaqlar xüsusilə 1990-cı illər nəsli üçün nostalji hisslər oyadır. Bu tip aksesuarlar uşaqlıqla emosional bağlantı yaratmaq üçün bir vasitə olur. Xüsusilə stresli və urbanizasiyanın yaratdığı psixoloji təzyiqlərdən qaçmaq üçün bir növ "emosional təhlükəsizlik obyektinə" çevrilir. Bu oyuncaqlar eyni zamanda fərqliliyi simvolizə edirlər. Onu çantasında və ya avtomobilində daşıyan insan qeyri-adi zövq və "alternativ" baxış bucağı ilə özünü təqdim edir. Beləliklə, bu, fərdilik və sosial qrup identifikasiyası funksiyası daşıyır. Özünü ifadə etməyin yeni forması kimi qəbul olunur".

Onun sözlərinə görə "Labubu" kimi oyuncaqların bir çox hallarda "surprise box" (gizli qutu) formasında satılması və insanların hansı modeli aldığını bilmədən seçim etməsi dopamin axınını stimullaşdırır:

"Belə ki, insan yeni model tapana qədər alış-verişi təkrar edir. Uzunmüddətli dövrdə bu, kompulsiv istehlak davranışına, maliyyə nəzarətində çətinliklərə və psixoloji asılılığa səbəb ola bilir. Ona görə də, uşaqlara bu oyuncaqları alarkən onların yaşına uyğun vizual dizaynları seçmək vacibdir. Oyuncağın yalnız estetik deyil, psixoloji olaraq da təhlükəsiz olub-olmadığı nəzərdən keçirilməlidir. Eyni zamanda valideyn uşağın oyuncağa yanaşmasını müşahidə etməli, onun bu oyuncağa münasibəti haqqında söhbətlər aparmalıdır. Əgər bir uşaqda "Labubu" kimi oyuncaqlarla oynadıqdan sonra qorxu, narahatlıq, sosial təcrid və ya obsessiv davranışlar yaranırsa, bu halda psixoloq dəstəyi tövsiyə olunur. Çünki, bu tip oyuncaqlar zövq məsələsi olmaqla yanaşı, insan psixologiyası ilə çox incə tellərlə bağlıdır. Onların pozitiv və ya mənfi təsiri, daha çox istifadə formasına, yaş qrupuna və sosial kontekstə bağlı olaraq dəyişir. Psixoloji aspektləri düzgün qiymətləndirdikdə, bu tip oyuncaqlar estetik və emosional rifaha xidmət edə bilər. Əks halda bu, psixoloji diskomfort və kompulsiv davranışlara yol aça bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, əmtəə bazarına buraxılan bir çox malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyini təmin edən hər hansı qərar mövcud deyil:

"Əvvəllər Nazirlər Kabinetinin 340 saylı qərarı var idi. Bu qərara görə təhlükəsizliyi təmin olunan malların siyahısı mövcud idi. Ölkənin əmtəə bazarına mallar daxil olmadan öncə, həmçinin oyuncaqlar da ekspertizadan keçirilib yoxlanması gərəkli idi. Hazırda bu qərarın mövcud olmaması səbəbindən malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyi ilə bağlı qərar yoxdur. Oyuncaqları demək olar ki, heç kəs yoxlamır. Gömrük yoxlanışı zamanı onun VÖEN-inə, hansı ölkədən gətirildiyinə və sənədlərinə baxılır, daha sonra əmtəə bazarına buraxılır".

Sədrin sözlərinə görə, oyuncaqlar uşaqların tərbiyəsinin formalaşmasında böyük rola sahibdir:

"Oyuncaqların təhlükəsizliyindən savayı onların uşaqların tərbiyəsində də rolu böyükdür. Uşaqlara gəlincik deyəndə sarı saçlı "Barbie" oyuncaqlarını gözlərinin önünə gətirirlər. Təsadüfi deyil ki, ölkə ərazisində gedərək sarı saçlı xanımların sayı da artır. Hər bir oyuncaq gələcəkdə mala və əmtəəyə çevrilib daha böyük əmtəə olaraq satılır. Balaca uşaqların nə qədər avtomobili, gəlinciyi olar? Bu oyuncaqlar müasir əsrin mühüm məsələsi olan gözüdoymaz, acgöz istehlakçı yaradılması üçün böyük rol oynayır. Oyuncaqlar insanlarda "qamarla, dağıt, məhv elə, biri varsa, üçü də olsun, nə edirsən et, təki say artsın" şüurunun formalaşmasına səbəb olur. Biz nəfsi sonsuz olan istehlakçı dövründə yaşıyırıq. Bizi bura gətirən marketoloqların yaratdıqları cəngəlliklərdir. İstehlakçılar həmin cəngəllikdə azırlar. Biz nəfsin başımıza açdığı oyunları hiss etmədən onun əsirinə çevrilirik".

Eyyub Hüseynov qeyd edib ki, sözügedən oyuncaqları da yoxlasalar, tərkibində zərərli maddələr aşkarlana bilər:

"Oyuncaqların hazırlanmasında rənglərdən istifadə olunduğu məlumdur. Rənglərin isə tərkibində ağır metallar olur ki, bunlar da güclü zəhərləndiricilərdir. Bunların tədqiqatı heç yerdə aparılmır. Uşaqları və böyükləri ağır xəstəliklərə sürükləyən amillərdən biri də budur. Ölkədə təəssüf ki, yerli oyuncaq istehsal edən müəssisə yoxdur. Bazarda xaos hökm sürür".

Dövlət Gömrük Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə kommersiya maraqları üçün nəzərdə tutulan məhsulların gətirilməsi zamanı müvafiq sənədlər yoxlanılır:

"Müvafiq sənədlər olmadığı təqdirdə, ölkə ərazisinə idxalına icazə verilmir. Yalnız sənədləri qaydasında olan məhsulların ölkə ərazisinə buraxılmasına icazə verilir".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see273

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see181

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri