Icma.az
close
up
RU
Laçın Beynəlxalq Hava Limanı da dünyaya açıqdır ŞƏRH

Laçın Beynəlxalq Hava Limanı da dünyaya açıqdır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyun, AZƏRTAC

“Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirlir. Qürurverici haldır ki, bütün bu işlər ölkəmizin iqtisadi qüdrəti, gücü hesabına reallaşdırılır. Yenidənqurma və abadlıq işləri sırasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara cavab verən hava limanlarının inşası və Qarabağa gələn ali qonaqların həmin ərazilərdə Azərbaycanın dövlət rəsmləri tərəfindən qarşılanması çoxlarına xəyal kimi görünürdü. Ancaq Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və cəsarəti sayəsində bu “xəyallar” artıq reallığa çevrilib. İşğaldan azad edilmiş Füzuli, Zəngilan və çox çətin relyefə malik Laçın rayonlarında artıq Beynəlxalq Hava Limanları ali qonaqları qəbul etməyə başlayıb. Hər üç Hava Limanının açılış mərasimlərinin rəmzi olan qırmızı lenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin birlikdə kəsmələri Azərbaycan - Türkiyə qardaşlığının sarsılmaz olmasının dünyaya mesajı idi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

Ə.Bədəlov yaxın günlərdə açılış mərasimi keçirilən Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyətindən söhbət açaraq deyib ki, bu Hava Limanının ilk ali qonağının Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin olması xüsusi önəm daşıyır. Əvvəlla, ona görə ki, bu, qardaş ölkənin Baş nazirinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk səfəri idi. Bununla yanaşı, səfər Azərbaycan - Pakistan münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edirdi. Hər iki ölkənin liderləri mətbuata verdikləri bəyanatlarda da Azərbaycanla Pakistanın bir-birini bütün məsələlərdə həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə dəstəklədiklərini bəyan etdilər. Bu bəyanat faktiki olaraq bütün dünyaya verilmiş mesaj kimi qəbul olunmalıdır. Həmin gün dünyanın diqqəti Laçına yönəlmişdi. Çünki işğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda üç qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən ikinci Zirvə görüşü dünyada rezonans doğurdu.

Siyasi şərhçi bildirib ki, Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Eyni zamanda, dağlıq relyefdə yerləşən hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, Qarabağda və Şərqi Zəngəzurda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini vermək baxımından da xüsusi əhəmiyyətə malikdir. Mühüm məsələlərdən biri də regiona gələn ali qonaqlar işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülən bərpa- quruculuq işləri ilə yanaşı, ermənilərin vandallığının da şahidi olurlar. Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən ali qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu hava limanının açılışı ilə bağlı sosial şəbəkədə paylaşımı da böyük maraqla qarşılanıb. Dövlət başçısı yazıb: “Qardaşım İlham Əliyevlə birlikdə bu gün açılışını etdiyimiz, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının nişanələrindən biri olan Laçın Hava Limanımız Can Azərbaycana və bölgəmizə xeyirli, uğurlu olsun”.

Ə.Bədəlov Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminin uzun müddət yaddaşlarda qalacağını vurğulayaraq deyib ki, həmin gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə ikinci üçtərəfli Zirvə görüşünün məhz Laçında keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının növbəti nümunəsi oldu. Pakistanın Baş nazir Şahbaz Şərifin “Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur” deməsi bu reallığın artıq dünyada qəbul edilməsindən xəbər verir. Baş nazir daha sonra deyib: “Bu gün isə biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq, yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır”.

“Artıq Laçın Beynəlxalq Hava Limanı da dünyaya açıqdır. Bu, həmçinin, milli təhlükəsizliyə dəstək, Azərbaycanın bu strateji bölgəsində hərbi potensialın gücləndirilməsi, bölgədə aparılan yenidənqurma, bərpa və quruculuq işlərinə təkan verəcək” – deyə Ə.Bədəlov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri